Qaradağ rayonunun hərbi komissarı, polkovnik-leytenant Novruz Rəhimov barədə anaxeber.info-a ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, Novruz Rəhimovun qanunsuz əməlləri artıq rayon rəhbərliyini də narahat etməyə başlayıb. İddialara görə, Novruz Rəhimov komissarlığı şəxsi təsərrüfatına çevirib. Bildirilir ki, hərbi xidmətdən yayınmaq istəyən çağırışçılarla açıq söhbət olunur. Əsgərliyə getməyənlər bunun üçün 7000 manatından keçməlidirlər. Təkrar yoxlamanın qiyməti isə 1000 manatdır. Məlumata görə, həqiqətən də hərbi xidmətə yararsız olanlar da təkrar yoxlamadan keçərkən bu məbləği ödəməlidir. Əsas narazılıq da bununla bağlıdır. Məlumatda qeyd olunur ki, bununla bağlı bir neçə dəfə müvafiq qurumlara şikayət olunub. Lakin Novruz Rəhimova "gözün üstdə qaşın var" deyən olmayıb. Bunun səbəbi isə komissarın Milli Məclisin vitse-spikeri Bahar Muradova tərəfindən himayə olunmasıdır. Bu himayədarlığın kökündə qohumluq əlaqələri dayanır. Novruz Rəhimov vitse-spikerin bacısının həyat yoldaşıdır. Məlumata görə, komissarın növbədənkənar polkovnik-leytenant rütbəsi almasında da Bahar Muradovanın əməyi var.