Son günlər mediada 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat mandatı almış və uzun müddətdir ki, Milli Məclisdə təmsil olunan Rafael Cəbrayılovla bağlı qalmaqallı məlumatlar yayılır. Deputat isə bu məlumatları əngəlləmək üçün mediaya müxtəlif vasitələrlə təzyiqlər etməyə çalışır.
Xatırladaq ki, hələ ötən seçkilərdə III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş Cəbrayılovun biznesmen deputat olması ilə bağlı da müxtəlif informasiyalar yayılmışdı. Amma millət vəkili bu məlumatların heç birini təkzib etməmişdi.
Elşad Abdullayev deputatı hansı video ilə şantaj edirdi?
Onu da qeyd edək ki, keçmiş ABU rektoru, hazırda ölkəni tərk edərək xaricə qaçan Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Bu məlumatın isə Cəbrayılovla bağlı olduğu uzun müddət müzakirə olundu. Yenə də deputatdan səs çıxmadı.
anaxeber.info xəbər verir ki, həmin dövrdə mediada yayılan məlumatlarda daha ilginc bir məqam diqqət çəkirdi: Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: "Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu".
Maraqlıdır ki, həmin video yayılmadı...
anaxeber.info-a daxil olan məlumata görə, Cəbrayılov Abdullayevi ram etmək üçün ciddi çapa göstərib və nəticədə videonun yayılmasının qarşısını alıb. Həmin videoda isə konkret 3 milyon manatdan söhbət getdiyi iddia olunur. Ancaq bu 3 milyon manatın hansı "qaranlıq" mətləblərə aydınlıq gətirəcəyi müəmmalı olaraq, qalır.
Ermənilərlə qohumluq...
Rəfael Cəbrayılovla bağlı ötən il mediada daha bir sensasion məlumat yayıldı. Maraqlıdır ki, bu məlumat da təkzib olunmadı. Əksinə, bir çox saytlardan yığışdırıldı. Həmin mlumatda deyilirdi ki, deputatın həyat yoldaşının ermənilərlə qohumluq əlaqələri var.
"Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır", - mediada yayılmış məlumatlarda bildirilirdi.
O zamanlar deputat iddialara tutarlı cavab verə bilmədi və mətbuatdan qaçmağı üstün tutmuşdu. Milli Məclis tarixində "həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini iddia edirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stressə görə müalicə olunduğu da vurğulanırdı.
Cəbrayılov qardaşları kimin pulunu mənimsədilər?
anaxeber.info-ın media üzərində apardığı araşdırmalara görə, bir neçə ay öncə deputatla bağlı yayılmış digər bir qalmaqallı məlumat isə qardaşı ilə başqalarının külli miqdarda pulunu mənimsəməsi ilə bağlı idi. Belə ki, konkret olaraq, deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunurdu.
Həmin məlumatda isə vurğulanırdı ki, Bakı şəhərində yerləşən "Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan "Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Ancaq gözləmədiyi bir münasibətlə qarşılaşıb. "Dərhal” MMC-dən bildirilib ki, "sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, "Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb.
Pulları kim yedi: sürcü, yoxsa deputat?
Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: "İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların "Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili "Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, "Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı.
790.390 manatlıq skandal...
Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və "Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə, həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib.
YAP-a qarşı savaşın pərdəarxası...
Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, "Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı "Lombard”ın müdiri Məlahət Qurbanovadır.
M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirib. Yəni bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Əslində, bu müddət ərzində onun YAP-a qarşı mübarizə aparmasının də detalları bəlli olmayıb. Amma hazırda qalmaqallı "MTN işi" məsələnin nə yerdə olduğunu aydın göstərir...
Eldar Mahmudovun "dağılan tifağı" və Cəbrayılov-Əsədullayev dostluğu...
Bir vaxtlar sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edib. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və "Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır.
Qeyd edək ki, prezident dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: "Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Yəni deputat mandatından qalxan kimi istifadə edir...
(ardı var)
anaxeber.info