Mahmudovun hədəsinin arxasında nə dayanır?-“Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz”

24-11-2016, 22:21   
Mahmudovun hədəsinin arxasında nə dayanır?-“Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz”
Əyyub Kərimov: «Müstəntiqlə danışıqda belə ifadələrə yol verilibsə, bu əslində dövlət başçısına qarşı çıxmaq deməkdir»

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirərək, millət və dövlət üçün milli təhlükə mənbəyi olan Eldar Mahmudovun dəstəsi həbs olunmasına baxmayaraq, özü azadlıqda sərbəst gəzir. Hələ bu azmış kimi “MTN İşi” çərçivəsində istintaqa cəlb olunan Eldar Mahmudov deyəsən, başının üstündəki qara buludların çəkildiyi qənaətinə gəlib.

Gununsesi.info-ya daxil olan bir xəbər bunu deməyə əsas verir. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bir neçə gün əvvəl sabiq nazir onu ifadə üçün istintaqa dəvət edən müstəntiqi aşağılayıb.


Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi (həmin müstəntiqin kimliyi redaksiyamıza bəlli olsa da bir sıra səbəblərdən açıqlamırıq-red.) bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan “Qanqster nazir” onu ağır ifadələrlə təhqir edib. “Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.

Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.

Mahmudovun bu özünə arxayınlığının nə zamana qədər davam edəcəyini isə yaxın gələcək göstərəcək.

Məsələ ilə bağlı prokurorluğun mövqeyini öyrənməyə çalışdıq. Amma Baş Prokurorluğun mətbuat xidmətiylə əlaqəmiz bir nəticə vermədi.

eyyub-kerimov2

«Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov bildirdi ki, yayılan məlumatın nə dərəcədə həqiqət olduğu barədə məlumatı yoxdur. Əgər E.Mahmudov müstəntiqlə danışığında bu cür ifadələrdən istifadə edibsə, bu bütün «qırmızı xətlərin» keçilməsi deməkdir. Əgər müstəntiqlə danışıqda belə ifadələrə yol verilibsə, bu əslində dövlət başçısına qarşı çıxmaq deməkdir. Çünki prezident dəfələrlə çıxışlarında bəyan edib ki, ölkədə toxunulmaz adam yoxdur. Demokratik dövlətlərdə hətta prezidentlər belə hakimiyyət başında olanda məhkəməyə dəvət olunurlar və orada ifadə verirlər. Eldar Mahmudov müstəntiqə qarşı belə hərəkətə yol veribsə, bu prezidenti saya-salmamaqdır. Yəni mən heç kimi saymıram deməkdir. Digər tərəfdən əgər belə bir insident baş veribsə, bu Baş Prokurorluğun zəifliyidir. Bu hərəkətə görə həmin şəxs dərhal həbs olunmalı idi. Bu cür hərəkətlər baş verirsə, prokurorluq çəkinməməli və həmin şəxsi istintaqa cəlb edərək, ən sərt suallarını ünvanlamalıdır».

Ə.Kərimmov onu da bildirdi ki, istintaq E.Mahmudovu dindirmək hüququna malikdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.