Hakimiyyət özünə necə hökm oxuyur?

24-11-2016, 22:28   
Hakimiyyət özünə necə hökm oxuyur?
Üzə çıxan cinayət faktları bərbad idarəçiliyin etirafıdır

Bu ölkəyə nəzər salmaq kifayətdir ki, istənilən janrda ssenari yazasan, film çəkəsən. Fantastika, triller, komediya, faciə nə istəsən ölkəmizdə var. Hansı qurumun altını qaldırırsan zibil çıxır. MTN-də “qazıntı” apardılar hər növdə cinayət üzə çıxdı, Rabitə Nazirliyinə “lopatka”vurdular korrupsiya fontan vurdu, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun keşmiş sədrini korrupsiyada ittiham etdi, Beynəlxalq Bank ətrafında baş verənlər hamıya məlumdur, Mərkəzi Bankdakı çirkli əməliyyatların səs-sədası Avstriya məhkməsindən gəldi, deputatlarımızın Avropa Şurasında rüşvət verdiyi üzə çıxdı, DİN-də Hacı Məmmədov olayı baş verdi, manadat alveri, seçki saxtakarlığı, məhkəmə rəzalətləri ölkəni bürüdü, Hesablama Palatasının hesabatlarında bütün sahələrdəki mənimsəmələr rəqəmlərlə göstərilidi, hakim partiyanın rəhbər şəxslərinin milyonluq rüşvət verməsi, milyonluq “haqq” alması etiraf olundu və.s

Əgər Rabitə Nazirliyindəki korrupsiya faktları ortaya çıxmasaydı və cəmiyyətdə korrupsiyaya bulaşmış qurumlarla bağlı sorğu keçirilsəydi, böyük ehtimalla Rabitə Nazirliyi sonuncu yeri tutacaqdı. Deməli, ən az korrupsiyaya bulaşdığını düşündüyümüz strukturda, yüz milyonluq talançılıqlar hökm sürümüş. Bu isə onu deməyə əsas verir ki, digər qurumlarda vəziyyət daha dəhşətlidir. Əgər gömrükdə eyni formada araşdırılma aparılsa, Vergilərdə aparılan əməliyyatlar üzə çıxsa, təhsildə, səhiyyədə şəffaflıq təmin edilsə, daha böyük cinayətlərin şahidi olarıq.


Bəli, ölkədə müstəqil məhkəmə olmasa da, ədalətli hökm çıxarılması təmin edilməsə də, etiraf olunanlar yetərlidir. Bu qədər cnayət faktlarının, korrupsiya əməllərinin etiraf olunması, hakimiyyətin özünə hökm oxumasıdır. Qara mantiyalı hakimlər cəsarətli hökm çıxara bilməsə də, “qara etiraflar” öz hökmünü verir. Nazirliklərdə, iri dövlət strukturlarında baş verən cinayətlər etiraf olunursa, biri 30 min paket aldığını, o biri 500 min “haqq” verdiyini söyləyirsə, ard-arda nazirlərin bahalı mülkləri, biznes imperiyaları aşkar edilirsə, məhkəmə hökmünə ehtiyac da yoxdur. Zaman öz hökmünü oxudu. Daha doğrusu bu qədər çirkabın üzə çıxmasıyla, hökumət özünə hökm oxudu. Ölkədə hansı idarəçiliyin hökm sürdüyü, vəzifə başında oturanların mahiyyəti aydın göründü.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.