Brilliant nazirliyin yalanını açdı: "Mənə maşın veriblər..."

5-06-2014, 10:31   
Brilliant nazirliyin yalanını açdı: "Mənə maşın veriblər..."
Mediada xalq artisti Brilliant Dadaşovanın Amerikanın Nyu-York şəhərində ermənilər tərəfindən “Big Apple Music Awards” mükafatı ilə təltif olunması və 30 min dollar dəyərində pul və son model “Mercedes” markalı avtomobil alması barədə məlumatlara cavab özünü gözlətmədi.
ANS-in məlumatına görə, ifaçının köməkçisi bildirib ki, gün ərzində müxtəlif media nümayəndələrinə anonim zənglər edən və maillər göndərən adamlar peyda olub.

Bundan sonra xalq artisti yayılan məlumatlara prodüseri vasitəsilə aydınlıq gətirib. O qeyd edib ki, Brilliant Dadaşovaya “Mercedes” markalı avtomobil bağışlanması xəbəri bir çoxlarını musiqimizin uğuruna sevindirsə də, bəzilərini narahat edib:
"Həmin insanlar gah xalq artistinə avtomobil bağışlanmadığını, gah da müğənninin ermənilər tərəfindən mükafatlandırıldığını iddia ediblər. Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə milliyyəti yəhudi olan Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva dünən virtualaz.org saytına açıqlamasında bildirib ki, B.Dadaşova ABŞ-da mükafat olaraq maşın və pul almayıb: “Brilliant Dadaşovanın mətbuat katibi bildirdi ki, xalq artistinə yalnız yolpulu ödənilib, ona nə maşın, nə də pul verilməyib”.

İndi isə prodüseri əksini deyir: "Maşın veriblər..."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.