''Tramp Azərbaycandakı bizneslərindən milyonlarla dollar pul qazanıb''

5-12-2016, 07:50   

''Tramp Azərbaycandakı bizneslərindən milyonlarla dollar pul qazanıb''

Dərc olunub 04 dekabr 2016
[SİYASƏT]


IANƏ VERMƏK

Trampın Bakıda tikilən binası Fotoqraf: courtesy
Donald Trampın xaricdəki biznesləri debata yol açıb

Donald Tramp prezident seçiləndən qısa müddət sonra analitiklər onun ABŞ-dan kənarda sahib olduğu 20 layihəni diqqətlə araşdırmağa başlayıblar. Çoxları azad dünyanın liderinin maraqlarının üst-üstə düşə biləcəyinə dair suallar qaldırıb. Buna cavab olaraq Tramp noyabrın sonunda Twitterdə biznesdən uzaqlaşacağını bəyan edib və onun təşkilatı bu barədə Amerikanın Səsinə açıqlama göndərib. Gələcək prezidentin bizneslərlə necə sövdələşməsi fonunda Amerikanın Səsi bu mülklərin bəzilərinin yaratdığı dilemmalara nəzər salır.

Amerikalıların çoxu razılaşır ki, heç zaman Donald Tramp kimi prezident olmayıb.

"Mənim nələrə sahib olduğumu heç kim bilmir," Tramp seçki kampaniyası zamanı bildirmişdi.

Ancaq bizim maliyyə deklarasiyasına baxmaq imkanımız var. Düz 104 səhifəlik deklarasiya.

Bu, prezidentliyə namizədlərdən kampaniya zamanı tələb olunur. Ancaq qanunda kiçicik boşluq yeni seçilmiş prezidentdən 2018-ci ilədək yeni deklarasiya açıqlamağı tələb etmir. Digər tərəfdən Donald Trampın vergi sənədlərini açıqlamaması, məlumatların mücərrəd olmasına şərait yaradır.

"Biz sadəcə orada olanlardan düzgün yararlana bilmirik," Federal Seçki Komissiyasının sabiq müşaviri Ken Qross bildirir..

Trampın biznes maraqları Dominikan Respublikasından tutmuş Azərbaycan və İndoneziyayadək geniş ərazini əhatə edir.

Uğurlu daşınmaz əmlak maqnatı üçün bu, problem olmasa da, gələcək prezident üçün vəziyyəti qəlizləşdirə bilər. Siyasətçiləri etika məsləhətləri verən Ken Qross bu fikirdədir.

"Bu binaların inşası üçün ona icazə, güzəşt və böyük və daha yaxşı bina tikmək icazəsi lazım ola bilər. Bu zaman isə hökumətlə üzləşmək məsələsi ortaya gəlir," təhlilçi müşahidə edir.

Tramp maraq münaqişələrindən uzaq olacağına söz versə də, bunu necə edəcəyi bəlli deyil. Tramp Təşkilatının Amerikanın Səsinə bunu göndərib.

"Biz bəzi struktur yoxlama prosesi aparırıq. Məqsəd Tramp Təşkilatının menecmenti və onun bizneslərinin portfoliosunun yüksək bacarıqlı icraçılarla birlikdə oğul Donalda, İvanka və Erik Trampa transfer olunmasıdır. Təşkilatının birinci prioriteti budur və seçiləcək struktur bütün müvafiq qaydalara və nizamnamələrə uyğun olacaq." - Tramp Təşkilatı

Donald Tramp Twitterdə bildirib ki, o və övladları dekabrın 15-də onu biznes əməliyyatlarından necə tam uzaqlaşdıracaqlarına dair planlarını açıqlayacaq. Amerika Universitetindən Ceyms Turber deyir ki, bu, yetərli deyil.

"Əgər mən etik qaydalar meneceri olsaydım, İcraçı Direktorluğu tamamilə ayırar və heç bir ailə üzvü olmayan yeni idarə heyəri yaradardım ki, onlar Trampın dünyadakı mülklərini və təşkilatlarını idarə etsin," Turber bildirir.

Trampın maliyyə deklarasiyası onun son iki ildə Azərbaycanda "Baku" hoteli ilə əlaqəli 2.8 milyon dollar gəlir əldə etdiyini göstərir. Bu, 33 mərtəbəli göydələn hələ açılmayıb.

Anar Məmmədov və Tramp
Anar Məmmədov və Tramp.
Donald Trampın qızı İvanka inşaat işləri ilə tanış olan zaman oradan şəkillərini bölüşüb. Ancaq hotelin sahibi Azərbaycanın nəqliyyat nazirinin oğludur. Freedom House rüşvət və korrupsiyanı əsas gətirərək Azərbaycanda siyasi azadlıqların ən aşağı səviyyədə olduğunu bildirir.

"Bütün göstəricilərə görə Azərbaycanın liderləri kifayət qədər korrupsionerdirlər. Korrupsioner ölkələrlə biznes edəndə, bəzən sən də buna bulaşırsan," Ceyms Turber bildirir.

Tramp Təşkilatı habelə bildirir ki, onlar Çində 30 hotel açmağı planlaşdırır. Bu arada təşkilatını Manhattandakı ən böyük holdinqinin bir hissəsi hökumətə məxsus Bank Of China tərəfindən maliyyələşir.

Robert Deyli Vudro Vilson Mərkəzində Çinə dair Kissincer İnstitutuna rəhbərlik edir.

"Burada söhbət dünyada dominant olmaq üçün ABŞ-ı üstələmək iqtidarında olan ölkədən gedir," o deyir.

Bəzi analitiklər Çinlə danışıqları “Biznesmen Trampın”, yoxsa “Prezident Trampın” aparacağına dair suallar qaldırır. Hökumətə Nəzarət Layihəsindən Skott Eymi:

"Əmin olmalıyıq ki, əldə etmiyimiz hər hansı sövdələşmə, ticarət razılaşması, xarici siyasət, ümumiyyət beynəlxalq müstəvidə həyata keçirəcəyimiz hər hansı işdə ləkə olmamalıdır.”

"Mən Çini necə sevməyə bilərəm, mənə çoxlu pul ödəyirlər," Tramp kampaniya əsnasında bildirmişdi

ABŞ Konstitusiyasına görə, heç bir dövlət rəsmisi xarici hökumətlərdən maliyyə qəbul edə edə bilməz.

Merilend senatoru Ben Kardin deyir ki, Tramp holdinqlərini başqalarına həvalə etməsə, bu qanunu pozacaq.

"İctimaiyyət heç vaxt sənin biznes maraqlarına güzəştə gedəcəyinə getməyəcəyinə tam əmin olmayacaq." senator xəbərdarlıq edir.

Tarixdə ilk dəfə belə böyük daşınmaz əmlak imperiyasının sahibi olan biznesmen Ağ Eğin də sahibi olacaq. Bir çox fikir ayrılıqları olsa da, bəziləri düşünür ki, Trampın biznes təcrübəsi ölkənin mənfəətinə xidmət edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.