Kanalizasiya sisteminin təkmilləşdirimləsində adminstrasiya nəzarət edəcəksə…

13-12-2016, 07:42   
Kanalizasiya sisteminin təkmilləşdirimləsində adminstrasiya nəzarət edəcəksə…
Kanalizasiya sistemindən tutmuş, yol xəritəsinin hazırlanmasına qədər bütün işlərə adminstrasiya nəzarət edəcəksə…

Hökumət bir tərəfdən inkişafdan, uzaqgörən siyasətdən danışsa da, o biri tərəfdən ölkənin iflic vəziyyətə salındığını etiraf etməyə məcbur olub. Söhbət təkcə statistik rəqəmlərin göstərdiyi tənəzzüldən getmir. Ölkənin iflic vəziyyətə salınmasının ən bariz nümunəsi prezidentin sərəncamları ilə yaradılan yeni qurumlardı.

Bildiyiniz kimi bir müddət əvvəl ölkə başçısının tapşırığına əsasən kanalizasiya sisteminin yenilənməsi, bu istiqamətdə yaranmış probremlərin həll olunması ilə əlaqədər yeni bir şura yaradıldı. Bu şuraya rəhbərlik PA rəhbəri Ramiz Mehdiyevə tapşırıldı. Şuranın üzvləri isə Fövqəldə Hallar naziri, Daxili İşlər naziri və digərləri idi. Tapşırığa əsasən bu şura 3 ay müddətində mötəbər bir sənəd hazırlayıb, prezidentə təqdim etməliydi.


Bugənlərdə isə ölkə başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Adıçəkilən yol xəritəsi ilə bağlı 1000-dən çox yazılı təklif verilib. Prezident Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək.

Gördüyünüz kimi kanalizasiya sisteminin təkmilləşdirimləsindən tutmuş, strateji yol xəritəsinin hazırlanmasına qədər bütün işlər Prezident Aparatına həvalə olunub. Belə bir məqamda ortaya sual çıxır. Bəs, aidiyyatı qurumlar nə işlə məşğul olur? Kanalizasiya məsələsiylə də, yol xəritəsinin hazırlanmasıyla da Adminstrasiya məşğul olacaqsa, saysız-hesabsız qurumlara büdcədən pul ayırmağın mənası nədir?

Deməli, bütün qurumlar görüntü xatirinə yaradılıb və bu da etiraf olunur. Kanalizasiya sisteminin təkmilləşdirilməsiylə bağlı şuraya Ramil Usubov, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov cəlb olunubsa, bu sahənin mütəxəssisləri hardadı? Strateji yol xəritəsinin uyğunluğun Prezident Adminstrasiyası təmin edəcəksə, hökumətin əzəmətli iqtisadiyyatçıları, strateqləri hansı xidmətlə məşğuldular?

Bu ölkədə məhkəmənin çıxardığı hökmün də, seçki nəticələrini elan edən qurumun da, kanalizasiya sisteminin də, yol xəritəsinin də taleyi Prezident Aparatında həll olunur. Bu ölkədə heç bir qurum öz işiylə məşğul deyil. Heç bir qurum görməli olduğu işin öhdəsindən gələ bilmir. Elmi adların verilməsindən tutmuş, qiymətlərin qaldırılmasına qədər hər şey eyni adamların “xeyri-dua”sından asılıdır.

Məhz bunun nəticəsidir ki, ölkə cəhənnəmə çevrilib. Həmin Prezident Aparatınnı rəhbəri etiraf edir ki, savadlı kadr tapa bilmirlər, samballı elmi əsərlər yazılmır. Çünki, bu rejimin mütəxəssisə, savadlı kadra ehtiyacı yoxdur. Hökumətin başında oturanlar “hərşeyşünas”dı və başqalarının ğalına ehtiyac duymurlar.

Reallıq isə göz qabağındadır. Nə kanalizasiya sistemi var, nə də yol xəritəsi. Mənasız sərəncamlar, praktiki əhəmiyyəti olamayan sənədlər və quru vədlər.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.