"Kəmaləddin Heydərov adamlarını hərəkətə gətirib"

16-12-2016, 10:24   


"Mehman Hüseynov yenə də ölkə gündəmini zəbt edən video paylaşıb. Hər yerdə bu məsələ müzakirə olunur. Amma bu dəfə birtərəfli deyil. Kəmaləddin Heydərov adamlarını hərəkətə gətirib. Məhkəməyə müraciət ediləcəyi barədə anons verilir. Dəstəkçilərin arqumenti budur ki, nazir kimlərəsə əl tutur, işçilərinə kömək edir".

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı feysbuk səhifsində yazıb.

O qeyd edib ki, bloggerin çəkdiyi mülklər Azərbaycan xalqından oğurlanmış sərvətdir: "Bir neçə il əvvəl məşhurlarımızdan biri də demişdi ki, " başqasının pulunu saymaq düzgün deyil". Əslində Mehmanın çəkdiyi, araşdırmaçıların aşkar etdiyi mülklər, varidat başqasının deyil. Bunlar Azərbaycan xalqına məxsus olan sərvətlərdir. Nazirlərin deputatların, icra başçılarının, dövləti idarə edənlərin, digər vəzifəli şəxslərin bizneslə məşğul olmaq, aldıqları əmək haqqından başqa gəlirlər əldə etmək, hətta əhəmiyyətli hədiyyələr almaq hüququ yoxdur. Ya idarəçiliklik sistemində nazirlik, deputatlıq, hakimlik, məmurluq fəaliyyəti ilə məşğul ol, ya da bunları buraxıb, qabiliyyətin çatırsa biznesə giriş, mağazalar, otellər, binalar tikdir, villalarda yaşa, xeyriyyə tədbirləri keçir. Bunların bir yerdə olması, bir nəfərin, bir qrupun əlində cəmləşməsi, korrupsiyaya yol açır, ölkənin inkişafının qarşısını alır, indiki ağır iqtisadi böhrana səbəb olur. Ədalətli məhkəmə olsa cinayət tərkibi burdadır. Bu həqiqətlərin üzərinə işıq salanlar isə fədakarlıq nümunələri yaradanlardır".

Qeyd edk ki, ötən gün öncə blogger Mehman Hüseynov fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilən mülkləri, villaları və obyektləri görüntüyə alaraq sosial şəbəkələrd və mediada yayıb.

Arqument.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.