Eldar Mahmudovun qızının toyunda “Yallı” gedən, MTN-ə dosye ötürən məmur…

19-12-2016, 09:54   
Eldar Mahmudovun qızının toyunda “Yallı” gedən, MTN-ə dosye ötürən məmur…

Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdiyi dönəmdə ölkənin ən qüdrətli nazirlərindən biri olan Eldar Mahmudovla münasibət qurmaq hər bir yüksək vəzifəli şəxs üçün şərəf sayılıb. Bu şərəfə nail olanlar MTN-nin sabiq şefinin “çətiri altına” girərək arxayın şəkildə işləyiblər.
Bu şəxslərdən biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Əslində Eldar Mahmudovun “vurulmasından” sonra onun da işdən atılacağı gözlənilsə də bu baş vermədi. Bilgili mənbələrdən verilən məlumatda Kərəm Həsənovun Eldar Mahmudovla münasibətlərinə görə sorğu-sual edildiyi deyilir. Belə ki, komitə sədrinin Prezident Admnistrasiyasına çağrıldığı və sabiq nazirlə yaxın münasibətlərini, iş birliklərini təsdiqləyən faktların qarşısına qoyulduğu deyilir. Bu yaxınlığı etiraf etmək məcburiyyətində qalan Kərəm Həsənov bununla bağlı rəsmi izahat da yazıb.
Qeyd edək ki, Kərəm Həsənov barəsində mediada Mahmudovun “işverəni” kimi ifadələr yazılıb. O, hansısa dövlət əmlakını özəlləşdirən şəxslərin siyahısını MTN-nə ötürməklə, Eldar Mahmudova külli miqdarda pullar qazandırıb. Hər iki şəxsin münasibətləri o qədər yaxın olub ki, hətta Kərəm Həsənov MTN şefinin qızının toyunda “Yallı” gedirmiş.(gununsesi.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.