Səməd Seyidov rüsvayçılığı necə ört-basdır etmək istəyir- Əgər bu korrupsiya faktı provakasiyadırsa…

23-12-2016, 09:56   


Azərbaycan hökuməti ölkənin adını “qara siyahı”lara salmaqda davam edir. Bildiyiniz kimi Avropa Sabitlik Təşəbbüsü təşkilatı «Kürü diplomatiyası» adlı araşdırmasının ikinci hissəsini də açıqlayıb. Sənəddə Azərbaycan hakimiyyətinin avropalı deputatlara rüşvət verdiyi, bununla da Azərbaycan əleyhinə qətnamə və sənədlərin qəbulunu önlədiyi bildirilir. Məlum olub ki, uzaqgörən hökumətimiz AŞPA-nın İtaliyadan olan deputatı Luca Volontèyə 2.3 milyon avro rüşvət verib. Sənəddə istər Azərbaycandan, istərsə də Avropadan olan konkret deputatların adları hallanır.

Artıq bu işlə bağlı prokurorluq araşdırmaya başlayıb və yaxın günlərdə bu işin detalları üzə çıxacaq, konkret kimlərin rüşvət verdiyi açıqlanacaq. Əslində, belə bir faktın ortaya çıxması hökumət komandasında xeyli şəxsin məsuliyyətə cəlb olunmasını zəruri edir. Normal ölkədə belə bir xəbərin yayılması, aidiyyatı qurumları ayağa qaldırmalıydı. Amma bura Azərbaycandır və bizim hökumətimiz belə rüsvayçılıqların kompleksini yaşamır.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu rüsvayçılıqla bağlı suala belə cavab verib: “Azərbaycanın mövqeyi nə qədər güclənəcəksə, sözü keçəcəksə, bir o qədər bu ölkəni sevməyən qüvvələr tərəfindən ona təzyiqlər, ittihamlar da çoxalacaq. Bir daha deyirəm ki, Azərbaycanın mövqeyi nə qədər güclənəcəksə, bu cür ittihamlar da çoxalacaq. Bu Azərbaycana qarşı provokasiyadır”.

Əvvəla qeyd edək ki, sənddə təkcə Azərbaycanla bağlı faktlar yer almayıb. Luka Volontenin müxtəlif ölkələrin hökumətləri ilə çirkli əməkdaşlığı ortaya çıxıb və bu ölkələr arasında Azərbaycanın da adı var. Deməli, hər hansı qərəzdən söhbət gedə bilməz.

Ikincisi, Səməd Seyidov yenə də xəsislik edir və Azərbyacanın hansı isitqamətdə gücləndiyini, hansı ölkələrin yanında sözünün keçdiyini açıqlamayıb. Ölkə gündən-günə batır, xarici borcdan asılı vəziyyətdə qalmışıq, iqtisadi göstəricilərimiz qonşu Gürcüstandan da geri qalır, 25 milyardlıq büdcə 9 milyard həddinə düşüb və Səməd Seyidov güclənməkdən danışır. 23 ildə 20 qarış torpağı geri ala bilməyiblər, iki əsiri 3 ildir azad etməkdə acizdilər, dünyanın nəhəng dövlətləri ilə ilə münasibətlər sıfır səviyyəsindədir və Səməd Seyidov “hər yerdə sözümüz keçir” deyir. Milli valyuta 110 faiz dəyər itirib, bwtwn qurumlarda korrupsiya fışqırır, qiymətlər durmadan artır, insanlar ölkəni tərk edir və Səməd Seyidov provakasiyadan dəm vurur.

Tutaq ki, Luka Volonte məsələsi provakasiyadır. Bəs, 120 miylard neft pulunun yoxa çıxması nədir? Bəs, 1500-2000 manat maaş alan məmurların milyonerə, milyarderə çevrilməsi nədir? Bəs, Mərkəzi Bankla bağlı rüsvayçılıq, MTN rüsvayçılığı, Rabitə nazirliyindək rüsvayçılıq nədir?

Yəni, Luka Volonte məsələsi ilk hadisə deyil və biz belə şeylərə öyrəncəliyik. Ən böyük provakasiya isə ölkəni bu hökumətin idarə etməsidir.

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.