Samir Şərifov Azərbaycanı bataqlığa sürükləyir

24-12-2016, 09:48   


Dövlət Neft Fondunun hesabatına əsasən, 2001-2015-ci illərdə fond neft satışından 124,9 mlrd. dollar gəlir götürüb. Yəni orta hesabla hər gün 18 min 265 dollar, hər ay 555 mln. 555 min dollar, hər il 6,6 milyard. Həm də bu xalis gəlirdir. Bundan əlavə, 2010-2015- ci illərdə ARDNF-in büdcəsinə valyuta aktivlərinin yerləşdirilməsi və idarə edilməsindən 2,4 mlrd. manat daxil olub.

2006-2015-ci illərdə ARDNF və BP hər biri dövlət büdcəsinə 12 mlrd. köçürüblər. Beləliklə, “Azəri- Çıraq- Günəşli” blokunun istismarından Azərbaycan 150 mlrd. dollardan çox gəlir əldə edib. Buna görə də belə bir sual yaranır. Belə gəlir əldə edən Azərbaycan necə olur ki, dərin maliyyə böhranına düşür? Post-sovet respublikalarından heç biri, hətta neft və qaz ehtiyatları olmayan dövlətlər belə bizim kimi dərin böhran keçirmirlər. Ölkəmizin belə çətin vəziyyətə düşməsinə görə heç şübhəsiz ki, bütün məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. 2001-ci ildən ölkəyə daxil olan neft gəlirlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri də maliyyə naziri Samir Şərifovdur. 2001-2006-cı illərdə Samir Şərifov ARDNF-in icraçı direktoru vəzifəsində çalışırdı, 2006-cı ilin aprel ayından maliyyə naziri postunu tutur. Başqa sözlə S.Şərifov 2001-2006-cı illərdə dövlət xəzinəsinə daxil olmuş neft dollarının xərclənməsi və idarə edilməsinə görə cavabdehlik daşıyır.

İndi məhz S.Şərifovun “işi” sayəsində ölkə böhran bataqlığına sürüklənib.Bütün bunlar insanı ciddi düşünməyə vadar edir. Bəzən elə görünür ki, Maliyyə Nazirinin ünvanına səsləndirilən ittihamların altında ciddi əsaslar dayanır. Hazırda isə bu ittihamlar siyasi rəng almağa başlayıb. Məsələn, ABŞ-ın maliyyə analitiki Yuriy Şvets ( əvvəllər Andropov adına xarici kəşfiyyat idarəsində işləyib) Sovet və Rusiya kəşfiyyatına həsr olunmuş kitabında Samir Şərifovu Rusiya, Türkiyə, ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edir. Beləliklə, azərbaycanlı nazirin üzərinə hər tərəfdən ittihamlar yağmağa başladı və hətta onun istefa verməsini tələb edənlər oldu. Lakin qeyd etmək lazımdır ki, Şərifovun ünvanına deyilən ittihamlar əvvəllər də səsləndirilib. Bir neçə il əvvəl populyar “Forbes” jurnalında maliyyəçi Corc Sorosun postsovet məkanı ölkələrindəki siyasi hadisələrdə rolu barəsində maraqlı məqalə dərc edilmişdi. Bu məqalədə Azərbaycana həsr olunmuş hissədə bildirilirdi ki, C. Soros vəAzərbaycanın maliyyə naziri Samir Şərifovun sıx əlaqələri varmış. Yeri gəlmişkən bu barədə yerli KİV-lər də məlumat verdilər.O zaman KİV-lər yazırdılar ki, Soros Şərifovu dəstəkləmək üçün Azərbaycanda “çəhrayı gül” inqilabının təşkilinə də hazırdır. Lakin biz Şvetsin və “Forbes” jurnalının tamailə həqiqəti səsləndirməsinə əmin ola bilmərik.Bunun üçün əlimizdə təkzibolunmaz faktlar yoxdur. Bununla belə 15 il ərzində neft gəlirlərindən daxil olmuş 150 milyard dollarlıq kapitalı itirmiş Azərbaycanda maliyyə böhranına görə məsuliyyətin Maliyyə Nazirliyinin üzərinə düşməsi açıq-aydın faktdır. Məhz bu samir ŞŞərifovun istefa verməsi üçün bir vacib səbəbdir. Lakin o könüllü olaraq bu addımı atmayacaq. Ölkə prezidenti İlham Əliyev onun işdən azad olunması haqqında əmri imzalayana qədər Samir Şərifov Venesueladan nümunə götürərək ölkəni maliyyə bataqlığına sürüməkdə davam edəcək. (İnfo.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.