Onların mənzilə ehtiyacı var idi

5-01-2017, 23:01   


Millət vəkillərinin kasıblıq dərəcəsi haqqında iki-üç kəlmə
Onların mənzilə ehtiyacı var idi
Mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlətdən mənzil alan deputatlardan bəzilərinin gerçək mənzil şəraiti haqqında bəzi məlumatları oxucularla bölüşmək istərdik. Bu deputatların yeni mənzillərə ehtiyacları vardımı? Əlbəddə cavab «yox»dur, amma hər halda bir az təfsilata baxaq.

Dövlət hesabına mənzillə təmin edilən Oqtay Əsədov parlamentin sədridir. Parlament sədri olana qədər Azərsu prezidenti olub. Azərsu ölkədə korrupsiyanın ən yaxşı pərvəriş tapdığı strukturlardan biridir. Oqtay Əsədovun Bakı şəhərində və ümumiyyətlə Abşeronda 34 ev və villası, Şamaxı-İsmayıllı- Qəbələ- Şəki zonasında cəmi 14, Quba- Xaçmaz zonasında isə toplam 7 villasının olduğu bəllidir. 2012- ci ildə keçmiş kürəkənini evini də zorla əlindən alaraq daşınmaz əmlak siyahısını genişləndirmişdir. Bakı şəhərində əlavə bir evə ehtiyacının olub- olmadığını deyə bilmərik.

Parlamentin sosil siyasət komissiyasının sədri Hadı Rəcəbli də daşınma əmlak xəstəsidir. Onun Bakıda və Abşeronda cəmi 17 ev və villası var. Ölkənin cənub zonasında- Lənkəran, Astara, Lerik, Masallı ərazisində 7 villasnın olduğu bəllidir. Şamaxıda Pirqulu zonasında daha bir villası var. Bizə məlum olanlar bunlardır.

Deputat Bəxtiyar Əliyev. Digər həmkarlarına nisbətən kasıbdır. Onun Bakı şəhərində cəmi 4 mənzili var. Şamaxıda, Pirqulu zonasında və İsmayıllıda da bir villasının olduğu bəllidir.

Digərlərini də araşdırmağa çalışırıq.

Azerbaycansaati.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.