Azərbaycan deputatları haqqında bunları bilirdinizmi?- “Milli Məclisdə elə deputatlar var ki, hətta nəvələrinə belə evlər alıb“

7-01-2017, 09:36   
Azərbaycan deputatları haqqında bunları bilirdinizmi?- “Milli Məclisdə elə deputatlar var ki, hətta nəvələrinə belə evlər alıb“

Yerli media bugünlərdə yazıb ki, deputatlara ev verilib. Sosial şəbəkələrdə bu, xeyli insanda narazılıq yaradıb. Bir çoxları "nə iş görürlər ki, hələ bir onlara ev də verilir" deyə etirazlarını bildirblər. Yanvarın 6-da Milli Məclisin mətbuat xidməti bu məlumatı təkzib edib.

Amma 2005-2010-cu illərdə Milli Məclisin üzvü olmuş, işadamı Nazim Bəydəmirli deyir ki, ki, Milli Məclisdə deputatlara ev verilməsi adi haldır. Elə deputatlar var ki, bir neçə ev alır dövlətdən:

“Milli Məclisdə elə deputatlar var ki, hətta nəvələrinə belə evlər alıb. Deputat statusundan istifadə edərək. Hər çağırışda eyni deputatlar mənzil alırlar. Halbuki, qanunda yazılıb ki, deputatın mənzili yoxdursa, onlara ev verilə bilər. Amma onlar qohumlarını, uşaqlarını, nəvələrini dövlətin hesabına evlə təmin etmək haqqında düşünürlər”.

Nazim Bəydəmirli deyir ki, ona da vaxtilə ev düşürdü, amma almayıb, çünki evi olduğundan bunu özünə sığışdırmayıb.

Bəs deputatlara ev veriləndə onların başqa mənzilinin olub-olmadığı necə müəyyənləşir. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyir o bu kimi məsələlərdən xəbərsizdir.

“Vallah mənim belə bir şeydən məlumatım yoxdur. Mən onu bilmirəm axı. Biz mətbuatla məşğuluq”.


Deputatların maaşları nə qədərdir və başqa hansı imtiyazları var sualına cavab verən Nazim Bəydəmirli deyir ki, deputatların çoxuna heç maaş lazım deyil, onların çoxu qanunsuz sahibkarlıqla məşğuldur:

“Əksər deputatların maaşa ehtiyacı yoxdur. Çox az sayda, bəlkə bir neçə deputat var ki, maaş hesabına yaşayır. Amma adətən Azərbaycanda hamıya bəllidir, kim necə seçilir və hansı dairədə kimin hansı gəliri var”.

Rəsmi gəlirlərə gəlincə, Nazim Bəydəmirli sadalayır ki, nağd pul kimi parlamentin spiker ayda 2250, deputatlarsa bunun 70 faizi qədər, 1575 manat maaş alırlar.

Bundan başqa onlar deputat səlahiyyətlərinin yerinə yetirilməsi üçün hər ay maaşlarının 50 faizi qədər, yəni, 878 manat müavinət alırlar.

Beləliklə, deputatlar hər ay 2362 manat maaş alırlar. Bundan başqa ildə iki dəfə tətilə çıxarkən onlara iki ayın maaşı ödənir. Başqa sözlə, onlar ildə 12 dəfə yox, 16 dəfə maaş alırlar.

Azərbaycanda minimum əmək haqqı 145 manatdır. Deputatın müavinətdən kənar əmək haqqı bundan təqribən 10 dəfə çoxdur.

Böyük Britaniyada minimum aylıq əmək haqqı 1378, deputatların aylıq maaşı isə 6 min avrodur. Yəni minimum əmək haqqından təqribən 4 dəfə çox.




Nazim Bəydəmirli deyir ki, Azərbaycan parlamentinin üzvlərinin dövlət tibbi sığortası var, onlar nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Bundan başqa, onun bildirdiyinə görə, Bakıda və Abşeronda evi olmayanlara ev də verilir, olanların mənzil şəraiti yaxşılaşdırılır.

Bəs dövlət büdcəsindən pual alan deputatlar nece işləyir?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli iki məqama diqqət çəkir. Birincisi odur ki, bu deputatlar xalqı yaxşı təmsil etmirlər. İkincisi o hesab edir ki, hər bir deputat hesabatlı olmalıdır:

“125 deputat arasında 18-20 nəfərə rast gələrsiz ki, onlar hansısa müzakirələrə qatılır, hansısa təşəbbüslə çıxış edir, gündəlikdə məsələyə münasibət bildirir. Elə millət vəkili var ki, biz onların səsini illərcə ümumiyyətlə eşitmirik. Bir millət vəkili ki, danışıq qabiliyyəti yoxdur, Milli Məclisə susmağa gəlir, bu adamın maaş alması ümumiyyətlə absurddur”.

Müxalfət seçkini boykot etdiyindənsSon çağırış Milli Məclisdə müxalifətdən təmsilçi yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.