Müşfiq Rəhimovdan MTN-ə nömrə…

30-01-2017, 08:37   


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyatı şöbəsinin rəisi Müşfiq Rəhimov haqda redaksiyamıza məlumatlar daxil olub.
Redaksiyamızı bilgiləndirən mənbə M.Rəhimovla bağlı ilginc məlumatlar açıqlayır. Uzun illərdir qeyri-qanuni nömrə satışı həyata keçirməklə milyonlara sahib olan məmurun haqda deyilənlər
sözün əsl mənasında sensasiya sayıla bilər.
MTN-lə sıx əlaqə
Mənbənin dediklərindən: “Müşfiq Rəhmovun keçmiş MTN rəhbərliyi ilə sıx münasibətlərinin olması sirr deyil. Uzun illər MTN-in 90-009 seriyalarını heç kimə verməyib, ancaq bu nazirliyin adamlarına verib. Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarova, onun və qurumun digər yüksək vəzifəli şəxslərinin qohum-əqrəbalarına nömrə verib. Əvəzində ona yaradılan gen-bol şəraitdən istifadə edən bu kiçik məmur Lənkəran kimi bir yerdə dənizin düz içində dünya şöhrətli “Xəzər Palace” tikib. Hansı ki, həmin obyektin dəyəri 15-20 milyon dollarla ölçülür. Bundan əlavə, Bakıda da dəbdəbəli evləri, villaları var, İstanbulda biznesi var. Soruşan yoxdur ki, 1500 manat maaşla bunları necə əldə etmisən”.
Nömrə biznesi
Mənbəmiz qeyd edir ki, uzun müddət 99-999 nömrəsinin satışı məhz M.Rəhimovun ixtiyarında olub: “Bu nömrələrin qiyməti 30 mindən başlayır, 230 minə çatır. Bununla bağlı həbslər də olub. Xatırlayırsızsa bir-iki il əvvəl belə bir xəbər yayıldı ki, polis 230 minə nömrə satan dələduzları tutub. Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumatda bildirilirdi ki, nazirlik 230 000 manata nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanları satanları saxlayıb. Saxlanma da KİV-də baha qiymətə nömrələrin satılması ilə bağlı məlumatlar yayıldıqdan sonra olmuşdu. Araşdırmalarla o da məlum olmuşdu ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb. Həmin vaxtlar sosial şəbəkələrdə, mediada dövlət qeydiyyat nişanları 99 TT 999 – 230 min manata, 99 LL 999 – 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN-ə satılması barədə məlumat yayılmışdı.
İndi isə M.Rəhimov 90-OO və 10-OO, 10-YY seriyalarının həddən artıq baha qiymətə satışına başlayıb. Hansı ki, burada qiymətlər 5 mindən başlayır 300 min manatadək qalxır”.
Maşınlara vinil biznesi
M.Rəhimovun məşğul olduğu başqa bir biznes maşınlara vinil vurulmasıdır (avtomobillərin rənginin dəyişdirilməsi). Mənbəmiz deyir ki, DYPİ-də bu məsələ də onun kurasiyasındadır: “Baxmayaraq ki, bu proses üçün dövlət rüsumu müəyyənləşib və ümumilikdə buna maksimum 70 manat rüsum ödənməlidir, M.Rəhimovun prosesə qoyduğu qiymət 500 manatdan 1500 manatadək dəyişir. Kim maşınının rəngini dəyişdirmək istəyirsə, onun yanına gedir, sadəcə texpasportu dəyişməklə bu prosesi rahat reallaşdıra bilir. Bu da təbii ki, daha çox oliqarx övladlarının marağında olan məsələdir. Deməli, M.Rəhmovun bu sahədə də müştəriləri yağlı müştərilərdir. Bu kiçik məmur o qədər “şişib” ki, həmişə deyir ki, mən yuxarılardan himayə olunuram, heç kim mənə bata bilməz”.
Reket jurnalistlərlə iş birliyi
Nəhayət, mənbəmiz M.Rəhimov haqda kulminasiya sayıla biləcək məlumatı açıqlayır: “Bu yaxınlarda MTN-lə qaranlıq əlaqələri üzə çıxan və həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevlə də M.Rəhimovun sıx əlaqələri olub. Habil Vəliyev M.Rəhimov haqda yazan jurnalistləri təhdid edirdi, onu MTN-ə apartdıracağını deyirdi. Uzun müddət mətbuatda M.Rəhimovun himayəçisi olub. Təbii ki, bütün bunlar da təmənnasız deyildi. Habil Vəliyevdə M.Rəhimovun verdiyi 5 nömrə olub. Onlardan 3-ü mənə məlumdur: 99-999, 90-555, 90-111. Bir nömrə isə MTN-lə əlaqəli həbs olunan başqa bir jurnalistdə – “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevdə olub – 90-002. Bu da onu göstərir ki, M.Rəhimovun MTN-lə əlaqələri çox sıx olub”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Afn.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.