Kəmaləddin Heydərovun birbaşa göstərişi ilə gizli təşkilat yaradılıb

1-02-2017, 08:23   


Kəmaləddin Heydərov media savaşına başlayır: “Bomba kimi partlayacaq…”

Artıq xeyli müddətdir hakim komanda daxilində iri məmurlar arasında gizli müharibə gedir. Bu savaş nə qədər gizli aparılsa da ara-sıra mediaya sızıntılar verilir. Belə ki, hər bir oliqarx öz himayəsi altındakı media quruluşunda rəqibinə açıq atəş açmaqdan çəkinmir. Qarşıdurmanın belə bir xarakter alması hətta bir neçə dəfə ali vəzifə rütbəsindən belə kəskin tənqid olunsa da ara-sıra sapınmalar müşahidə olunub. Proseslə bağlı məlumatlı mənbənin sözlərinə görə, artıq “oliqarxların media dəcəlliyi” xeyli şəkildə cilavlanıb və bəlli media quruluşları bəlli siyasi məqamın nəzarəti altına alınıb. Amma problemin tam həll olunduğunu da iddia etmək olmaz.
Hökumət daxilindəki siyasi xəttə bağlı mənbədən gələn məlumatlara görə, öz media imperiyasını hansısa digər bir qüvvənin siyasi əsarətinə verməkdən vaz keçən tək şəxs Fövqəladə Hallar Naziri Kəmaləddin heydərovdur. Mənbənin sözlərinə görə K.Heydərova bağlı media quruluşları nəinki vahid siyasi idarəçilik altına girməkdən imtina ediblər, hətta onlar öz şeflərinin gücünə o qədər arxayınlaşıblar ki hakimiyyətin ictimai-siyasi idarəçilik sektorunun üst məqamından gələn zəngləri belə bəzən rədd edirlər.
Daxil olan məlumatlarda o da bildirilir ki, FHN şefi əlindəki media resursları ilə kifayətlənməyərək, digər imkanları da genişləndirməyə başlayıb. Belə ki, artıq bir neçə sayt Heydərovun nəzarətinə keçib. Bundan əlavə isə daha bir neçə yeni sayt yaraılıb ki, aparılan müharibədə onlara yeni cəbhələr açmağa imkan yaratsın. Bu məqsədlə hər ay külli miqdarda pul xərcləyən Heydərov, son döyüşündə əlindəki bütün “kozır”lardan yararlanacaq. Bu “kozrlar” isə xəbər aləmində bomba kimi partlaya bilər. Bir zamanlar FHN rəhbərinin gizli şəbəkəsinə yaxın olan, sonradan isə cəzalandırılaraq uzaqlaşdıran mənbənin sözlərinə görə K.Heydərov doğurdan da geniş bir izləmə sisteminə malikdir: “Bu sistemə bir çox əməliyyatlar daxildir: Adamların fərdi izlənməsi, telefonlarının dinlənilməsi, hətta otaqlarına və ofislərinə dinləmə qurğularının yerləşdirilməsi. Bu sistemdə yalnız müxalif şəxslər hədəfə alınmır. Hakimiyyət daxilində FHN rəhbərinə rəqib olan yüksək vəzifə sahibləri var ki, onlar da nəzarətdə saxlanılır”.
Məsələ ilə bağlı daha cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə artıq bir neçə ildir ki, Kəmaləddin Heydərovun birbaşa göstərişi ilə gizli təşkilat yaradılıb: “Bu təşkilat, Heydərov hələ Dövlət Gömrük Komitəsinin sədri olarkən birbaşa onun səyi nəticəsində ərsəyə gəlib. Təşkilatın üzvləri “fövqəlnazir”dən başqa heç kimə, heç bir struktura tabe deyil və hesabat vermir. Kəmaləddin Heydərov yaratdığı gizlitəşkilatın üzvlərinin köməkliyi ilə bütün ölkə boyu nə baş verdiyindən xırdalıqları ilə xəbərdar olur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.