Ofisianta rayon etibar etməyin axırı...Mahir Quliyevin “Sahil”dən başlamış “Şaban” yolu - İlginc

6-02-2017, 08:30   


Əlbəttə ki, “Sahil” restoranında ofisianta bir rayonu etibar etməyin sonu belə də olmalıydı. Onun səriştəli xidmətçi olması və fərasətli biznes adamı kimi gözə girməsi o demək deyildi ki, hansısa rayona rəhbərlik edə bilər.

Kimə desən gülər - istər Avropada, istər müasir idarəetmə mexanizmində...Bir rayonun camaatının taleyi ofisianta həvalə olunub. Yuxarı dairələr və Prezident Administrasiyası kadr seçimində bəlkə də ilk dəfə belə bərbad addım atıb.
anaxeber.info-ın məlumatına görə, Bakının vaxtilə prestijli restoranlarından olmuş “Sahil”də ofisiant Mahirin günün birində çiçəyi çırtlayır.
Ofisiant Mahirin karyera yüksəlişi elə bir sürətlə gedir ki, gözünü açanda özünü restoranda yox, Astara rayon İcra Hakimiyyəti başçısına aid kabinetdəki kresloda görür. Ofisiant Mahir özü də gözlərinə inanmır.
Onun nə vaxtsa bu restoranda qulluq etməkdən, ayrı-ayrı imkanlı adamların, vəzifəli şəxslərin qabağına sifarişləri gətirməkdən canı qurtaracağı ağlına da gəlməzdi.
Bu, Kamal Sunalın (Şaban) “Deli deli kupeli” filmindəki bələdiyyə sədrinə oxşayır. Kinoya baxanlar yaxşı bilir. Düzdür, orada Şabana kifayət qədər ədalətli məmur idi.

Beləcə, ofisiant Mahir də günlərin birində Astarada təxminən eyni taleyi yaşayır. Amma onun idarəçiliyi Şabandan çox fərqlənir. Ofisiant Mahir olur - icra başçısı Mahir Quliyev və onun təyinatına dəstək olan himayəçilərinin gözündə yaxşı biznesmenə çevrilir.
Havadarları yanılmırlar və tezliklə icra hakimi postunda istəklərini reallaşdırır. Əvvəlcə Astaranı çapıb talayır, satmadığı yer saxlamır, qarış-qarış rayonu peşkəş edir.

Sonra bu fərasəti və səriştəsi karyerasını yüksəltməyə imkan qazandırır. Onu Biləsuvara icra başçısı gətirirlər.
Bu dəfə Mahir Quliyev keçmişdəki günlərin geridə qaldığına, “Sahil”dəki fəaliyyətinin bitdiyinə arxayınlaşır.
Başa düşür ki, kimlərəsə lazımdır. Nəticədə qollarını çırmayıb Biləsuvarı xışlamağa başlayır. O gün - bu gün rayonu tar-mar edir.
anaxeber.info-ın məlumatına görə, Biləsuvarda torpaqların məmurlar arasında bölüşdürülməsinə keçməzdən qabaq mühüm məsələyə toxunmaq vacibdir.
Söhbət Biləsuvarda poçt idarəsi müdirinin intiharından gedir. İdarə müdiri təzyiqlərdən cana doyub canına qıymalı oldu. Amma bu, ilk belə fakt deyil.
Rayonda sosial-iqtisadi gərginlik o həddədir ki intihar statistikasında Biləsuvar ilk yerləri tutur. M.Quliyevin idarəçiliyinin nəticəsi rayonu intiharlar üzrə zirvələrə qaldırıb.

Bundan əlavə, ilin sonunda aksiya xəbəri də Biləsuvardan gəlmişdi. Cəbrayıllı qaçqınlar işıq puluna görə ayağa qalxmışdı.
Kimsə söyləyə bilər ki, onlara Cəbrayıl rayon rəhbərliyi cavabdehdir. Amma bu insanlar da Biləsuvarda yaşayır və Cəbrayıl RİH köçkünlərə əl uzadana qədər Biləsuvarın icra hakimi daha tez yetişə bilərdi.
Ən azı M.Quliyev onların yaşadığı qəsəbələrə gedərək problemləri ilə maraqlana, vəziyyətin bu həddə gəlib çıxmasına imkan verməyə, Cəbrayıl RİH-ni məsələdən agah edə bilərdi. Təəssüf ki başı biznesə qarışmış icra başçısı heç birini etməyib.

Ardınca onu da demək lazımdır ki, prezident son müşavirəsində icra hakimlərinə barmaq silkələdi. Onların cəzası veriləcək dedi və açıq şəkildə xəbərdarlıq etdi.
Bu da M.Quliyev üçün görünür ki, bir ibrət dərsi olmayıb. Əks halda zəbt edilmiş əkin torpaqlarının kəndlilərə qaytarılması barədə prezident fərmanını icra edərdi.
Yəni, “Sahil”də dayaqlarını qazanmış icra başçısını prezident də maraqlandırmır. Onun hesabat verdiyi ünvanlar deyəsən ayrı-ayrı istiqamətlərdir. Buna görə də Biləsuvarda torpaqların məmurlara satılması faktı ilə bağlı yeni proses başlanır.
anaxeber.info-ın məlumatına görə, M.Quliyevin özbaşına əməlləri barəsində prezident İlham Əliyevə və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə biləsuvarlılar adından müraciət hazırlanır.

Bu məktub isə PA rəhbəri ilə ölkə başçısının müşavirələrdə icra başçılarına etdiyi xəbərdarlıqdan az sonrakı dövrə təsadüf edir.
Sakinlərin hazırladığı müraciətdə torpaqların konkret olaraq hansı məmurlara baışlandığı və ya satıldığı müfəssək şəkildə açıqlanıb. Habelə, rayonda torpaqları əllərindən alınmış camaatın etiraz aksiyası keçirəcəyi də istisna olunmur.
Amma buna qədər Biləsuvar sakinləri ölkə rəhbərliyinin onların müraciətinə cavabını gözləyəcək. Çünki rayon sakinləri Biləsuvarda cəbrayıllı köçkünlərin aksiyasının ardınca növbəti qarışıqlıq istəmir. Onlar ümid edirlər ki, prezident səviyyəsində məsələyə müdaxilə olunacaq və Mahir Quliyevin özbaşınalıqlarına son qoyulacaq.

Yerli camaatın saysız-hesabsız müraciətləri və PA-ya göndərdikləri məktublar artıq nəzarətdədir və müəyyən nəticələr çıxarılmaqdadır. Onun vəzifəsindən gedişi də gözləniləndir və yerinə təyinat olacağı istisna deyil.
Bildirək ki, prezident İlham Əliyev “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. 
Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir.
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.