Abdin Fərzəliyevə qarşı 8 milyonluq korrupsiya və dələduzluq ittihamı

8-02-2017, 11:05   
Abdin Fərzəliyevə qarşı 8 milyonluq korrupsiya və dələduzluq ittihamı

Nərimanov rayonunda baş verən müdhiş olayla bağlı Almaniyanın kanslerinə müraciət olunub.

Bu yaxınlarda Rusiyanın əksər media orqanlarında Meksikadakı korrupsiyanın qarşısının alınması üçün prezident Vladimir Putindən kömək istənilməsi haqqında məlumat çox geniş təbliğ olundu. Rusiya prezidentinin təbliği üçün geniş istifadə olunan bu məlumat Freppo Sovietico adlı bir şəxsin yanvarın 14-də Change.org saytında prezident Putinə etdiyi müraciətə əsaslanmışdı. Rusiya saytları isə bir nəfərin müraciətini əsas götürərək Meksikalıların Putindən korrupsiya ilə mübarizədə yardım etməsini geniş təbliğ etdilər.

Bu məlumatı ona görə qeyd edirik ki, Almaniya mətbuatının da Azərbaycana qarşı oxşar kompaniya aparması üçün də imkanıvar. Belə ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə müxtəlif təbəqələrdən olan korrupsiyalaşmış dövlət məmurları tərəfindən mütəşəkkil korrupsiya və dələduzluq yolu səkkiz milyon manat məbləğində pulları mənimsənilən Azərbaycan Respublikasının müxtəlif regionlarından olan,160-a yaxın sosial vəziyyətləri çətin olan ailənin nümayəndələri üzləşdikləri korrupsiya və dələduzluq faktı ilə bağlı Almaniya kansleri Angela Merkelə müraciət ediblər. Hətta bu müraciət Almaniya mətbuatına yol tapmasa belə, heç şübhəsiz ki bu dövlətin rəsmi orqanlarının diqqətini çəkəcək. Belə bir müraciətin diqqətsiz qalması mümkün deyil.

"Yeni Sözçü” qəzeti olaraq Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb Almaniya kansleri Angela Merkelə edilən müraciətlə bağlı rəsmi Berlinin hansı addımları ata biləcəyinə aydınlıq gətirməyə çalışacağıq.

Hələlik isə onu qeyd edək ki, rəyini öyrəndiyimiz yerli ekspsertlər bu müraciətin Almaniyanın hüquq müfahizə orqanları ilə yanaşı xüsusi xidmət orqanlarının da diqqətini çəkə biləcəyini bildirirlər. Eyni zamanda rəsmi Berlinin bu müraciəti İnterpol və ya Beynəlxalq Cinayət Məhkəməsinə göndərə bilər. 2002-ci ildən qərərgahı Haqqa şəhərində olmaqla daimi fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin statusu buna imkan verir. Qeyd edək ki,daimi fəaliyyət göstərən məhkəmə orqanı olan Beynəlxalq Cinayət Məcəlləsinin əsas funksiyası onun Satutunun girişində deyildiyi kimi "dünyada sülhə, təhlükəsizliyə və rifaha” təhlükə törədilməsində təqsirləndirilən şəxsləri mühakimə etməkdir. Korruspiya isə sülhə, təhlükəsizliyə və rifaha əsas təhlükələrdən biri hesab olunur. Beynəlxalq Cinayət Məhkəməsidövlətləri deyil, fiziki şəxsləri mühakimə etməsini nəzərə alanda Nərimanov rayon icra hakimiyyətinin başçısı haqqındakı korrupsiya və dələduzluq iddiasını rəsmi Berlin bu məhkəməyə verə bilər. Hətta bu olmasa belə rəyini öyrəndiyimiz ekspertlər tam əmindirlər ki, kansler Angela Merkelə edilən müraciət Almaniyanın aidiyyatı orqanları tərəfindən diqqətlə incələnəcək. "Yeni Sözçü” qəzeti olaraq bu prosesi izləməyə çalışacağıq. Hələlik isə oxucularımıza Azərbaycanın sərhədlərini aşaraq Avropaya, Almaniya kanslerinin masasının üzərinə gedib çıxan bu müdhiş korrupsiya haqqında məlumat verməyə çalışacağıq.

Beləliklə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin hərtərəfli şərait yaratması nəticəsində Nəsibov Məzahir evə ehtiyacı olan, sosial vəziyyəti zəif ailələrin ehtiyaclarından istifadə edərək onları aldadaraq Nərimanov rayonu ərazisində F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binanı alət edərək 160 -a yaxın ailənin 8 milyon manat pulunu mənimsəyib. Bu şəxs insanları inandırıb ki, həmin bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC-in) balansında olan ərazidə inşa edildiyindən binadan müəyyən sayda mənzil Cəmiyyətin balansına veriləcək. Cəmiyyətə ayrılan həmin mənzillər isə Nərimanov Rayon İcra Hakimiyyətinin və şəxsən icra başçısı Abdin Fərzəliyevin razılığı, cəmiyyət sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə AGƏC üzvlərinin sosial şəraitlərinin yaxşılaşdırılması və Cəmiyyətin maddi tələbatlarının ödənilməsi məqsədi ilə ehtiyacı olan sosial təminatı zəif ailələrə və ya şəxslərə güzəştli şərtlərlə satılacaq.Hər kəsi belə yalanlarla aldadan Məzahir Nəsibov bu yolla fərqli məbləğlər olmaqla xeyli sayda mənzil "satmış” və əlbir olduğu vəzifəli şəxslərlə birlikdə külli miqdarda pul əldə etmişdir. Çox maraqlıdr ki, bu çirkin niyyətin həyata keçirilməsində Nərimanov Rayon Polis İdarəsinin, AGƏC-in və eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin yer aldığınıdüşünmək üçün əsaslar var. Belə ki, həmin ailə təmsilçiləri F.X.Xoyski prospekti 123A ünvanında qanunsuz qeydiyyata aldırılaraq, Nərimanov Rayon İcra Hakimiyyətində sosial təminatı az ailələr kimi mənzil növbəsinə götürülmüşlər. Bunu sübut edən sənədlər mövcuddur. Məzahir Nəsibov, hətta tikinti ərazisinə girişə icazə verilmədiyi halda "ev alanların” binaya baxış keçirmələrinə də şərait yaratmışdır. Zərərçəkənlərin əlində həmin vaxt mənzillərin özləri tərəfindən çəkilən foto və video görüntüləri də var.

Əlində olan bütün pullarını verib güzəştli şərtlərlə ev sahibi olmaq istəyən ailələrin gözlədiyi - 24 dekabr 2015-ci il tarixində prezident İlham Əliyev F.Yusifov küçəsi 40 ünvanında yerləşən binanın açılışını edərək gözdən əlillərə müraciətdə bildirmişdir ki, bu bina sizlər üçün tikilib və başqa heç kəs bu binada yaşaya bilməz.

Yaranmış vəziyyətdən təşvişə düşən ailələr Məzahir Nəsibovla əlaqə saxlasalar da o, hər kəsi arxayın etmişdir ki, məsələ öz həllini tapacaq, hətta lazım gələrsə həmin ailələrə İcra Hakimiyyətinin balansında olan başqa binalarda mənzillər veriləcək. Lakin heç bir nəticə əldə olunmamışdır. Son olaraq Məzahir Nəsibovun mobil telefonunu 19 mart 2016-cı il tarixindən zəng çatmaması şübhələri təsdiqləmişdir. Zərərçəkmişlər məsələ ilə bağlı dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşmək istəsələr də cəhdləri boşa çıxmışdır.

AGƏC-in sədri Səmyar Abdullayev isə məsələdən xəbərdar olmadığını deməklə məsuliyyəti öz üzərindən atmışdır. Gözdən əlil olmayan vətəndaşların Cəmiyyətin təqdimatı ilə mənzil növbəsinə götürülməsini isə Cəmiyyət işçilərinin nöqsanı kimi qiymətləndirmiş, özünün bu işdən xəbərsiz olduğunu bildirmişdir.Halbuki, faktlar ortalıqda bir-iki səhvin deyil, mütəşəkkil dələduzluğun olduğuna işarət edir. Əks halda həm Nərimanov rayon İcra Hakimiyyəti, həm də AGƏC-i100-dən çox vətəndaşın mənzil növbəsinə və eyni ünvanda pasport qeydiyyatına alınmasına aydınlıq gətirməlidir.

Nərimanov rayon İcra Hakimiyyəti həmçinin icra hakimiyyətinin möhürü, icra hakiminin imzası olan sənədlərlə bağlı məsələyə də aydınlıq gətirməlidir.

Bu prosesdə diqqət çəkən digər bir məqam vətəndaşların qeydiyyata götürüldükləri F.X.Xoyski küçəsi 123A ünvanındakı yataqxananın sökülməsi zamanı vətəndaşlara heç bir xəbər verilməməsidir. Hal-hazırda bəzi şəxslər evləri olmadığı üçün heç bir yerdə qeydiyyata da düşə bilmirlər. Zərərçəkənlər düşünürlər ki, yataqxananın sökülməsi də elə bu dələduzluq planının bir hissəsidir və "iz itirmə” məqsədi daşıyır.

Digər bir maraqlı məqam çox geniş səviyyədə korrupsioner və dələduzluq əməllərinin qurbanı olmuş 100-dən çox ailənin dövlət orqanlarına və vəzifəli şəxslərə etdikləri müraciətlərinin bu günə kimi ciddi araşdılmamasıdır. Çox maraqlıdır ki, 160-ayaxın ailənin məruz qaldığı dələduzluq və korrupsiya ilə bağlı şikayətlər araşdırılmaq üçün bu prosesdə adı hallanan Nərimanov rayon Polis İdarəsinə göndərilib. Halbuki, adi məntiq bu şikayətin daha yüksək səviyyədə, məsələn Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılmalı olduğunu söyləməyə imkan verir. Ən azından bu rəsmi şəxslərin məsələyə ciddi yanaşmasının göstəricisi ola bilərdi. İndi isə belə qənaət yaranır ki, rəsmi şəxslər hansısa səbəbdən məsələnin ciddi araşdırılmasında maraqlı deyillər və yalnız görünütü yaradırlar. Yazıda səslənən ittihamlarla bağlı adları çəkilən şəxslərinin mövqeyini də dinləməyə hazırıq. Eyi zamanda bu müdhiş olayla bağlı araşdırmalarımız davam edəcək. Araşdırma zamanı Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə yanaşı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

Hələlik isə onu qeyd etmək istərdik ki, Azərbaycanın adının korrupsiyada hallanamsı üçün Almaniya hökumətinə əsas verən bütün rəsmi şəxslər ən azından siyasi və mənəvi məsuliyyət daşıyır. 8 milyon manatları əlindən alınan 160 ailənin təmsilçilərinin müraciət etdiyi rəsmi şəxslər vaxtında və effektli tədbir görə bilmədiklərinin səbəbi haqqında Azərbaycan ictimaiyyətinə izahat verməlidirlər.

"Yeni Sözçü” qəzeti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.