Şəmsəddin Hacıyev Ceyhun Cəfərova 47 yaşında diplom bağışlayıb - Sensasion araşdırma

16-02-2017, 08:46   

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev indi Kürdəmirin icra başçısı olan Ceyhun Cəfərova diplom bağışlayıbmış.
Bu barədə anaxeber.info-a daxil olan məlumatda C.Cəfərov 47 yaşında ikinci ali təhsili olan ADİU-ni bitirib və bu fakt onun bioqrafiyasında öz əksini tapıb. Məlumatda bildirilir ki, 1965-ci il təvəllüdlü icra başçısı 2007-ci ildə təhsilini başa vurub.
2004-cü ildən 2014-cü ilə qədər ADİU-nun rektoru olmuş hazırki deputat Ş.Hacıyev 47 yaşlı məmura diplom hədiyyə edib. Hər halda C.Cəfərovun universitetə daxil olması və bu yaşında mühazirə və seminarlarda iştirak etməsi inandırıcı görünmür.

Azərbaycan reallığında belə bir presedent yoxdur. Avropa və ABŞ təhsil sisteminin modernliyi və sivil, qanuni, rüşvətsiz təhsil modeli bu presedenti mümkün sayır.
Azərbaycanda isə bir məmurun diplom almaq üçün dərslərə aludə olacağı ağlabatan deyil. Məsələn, bir gömrük generalı da ömrünün 50 yaşlarında ləğv edilmiş “Təfəkkür” universitetindən diplom almışdı.
Məlumata görə, C.Cəfərov təhsilinin ilk iki ilində Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis işləyib. 2006-2011-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çalışıb.

Yəni, 3 və 4-cü kurslarda icra başçısının müavini vəzifəsində çalışıb. Beləcə, başçı müavini işləyərkən 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
anaxeber.info-ın məlumatına görə, 2007-ci ildə ADİU-dan diplomunu almış C.Cəfərov 2011-ci ilədək Yasamal RİH-də başçı müavini işləyir. Yeri gəlmişkən, 2006-cı ildən indiyə qədər Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevdir.
O, vəzifəyə gələr-gəlməz elə həmin il öz kadrı olan C.Cəfərovu irəli çəkərək Xətai MKTB rəisi işindən öz müavini vəzifəsinə gətirir. Ona görə də təsadüfi deyil ki, bu gün C.Cəfərovla İ.Mehdiyevin adı eyni qruplaşmada hallanır.
Həmçinin, vəkil Ramiz Zeynalovun məqaləsində hər ikisinin Mərdəkanda MTN generalı Akif Çovdarov, keçmiş rabitə naziri Əli Abbasov, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovla bərabər torpaq sahələrinin olduğu üzə çıxıb.
Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ərazilər bu şəxslər arasında bölüşdürülb. V.Zeynalovun C.Cəfərovla yeznə-qayın olması faktı da ictimaiyyətə sirr deyil. Bu baxımdan adı çəkilən məmurlar barədə MTN işi ilə əlaqədar detallar açıqlanır.


anaxeber.info-ın məlumatına görə, 2007-də Ş.Hacıyevdən diplomunu almış C.Cəfərov 2011-dək İ.Mehdiyevin müavini vəzifəsində çalışır.
Sonra karyera yüksəlişi başlayır və Tərtərə icra başçısı təyin olunur. Bu təyinatda V.Zeynalov və İ.Mehdiyevin rolunun olduğu iddia edilir.
2011-dən 2014-cü ilə qədər Tərtərin icra hakimi olmuş C.Cəfərov nəhayət, elə həmin il Kürdəmirə icra başçısı gedir. Bununla da şəbəkələşmiş qruplaşmanın əlaqələri möhkəmlənir, maliyyə resursları güclənir, Kürdəmirdə kök salır.
+
Təsadüfi deyil ki, general Akif Çovdarovun oğlu Ruslan Çovdarov da Kürdəmir epizodu üzrə istintaqa ifadə verib.
R.Çovdarov deyib ki, 2006-cı ildə yaradılan “RAF 2006” MMC-nin təsisçilərindən biri olub. Firmanın yaradılma səbəbi və fəaliyyət istiqaməti kənd təsərrüfatı, əsasən Kürdəmir rayonu ərazisində boş qalmış və istifadəsiz bələdiyyə torpaqlarında balıqçılıq təsərrüfatı yaratmaq və inkişaf etdirmək idi.
Akif Çovdarov Kürdəmir rayonunda 69 hektar torpaq sahəsi alıb, həmin sahədə yerləşən yeməkxananı da almaq istəyib. Lakin onun sahibi bundan imtina edib. Əvəzində isə Çovdarov yeməkxanaya gedən yolu çəpərlətdirirb və 7 il faktiki mühasirədə saxlayıb.
anaxeber.info-ın məlumatına görə, Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC Kürdəmirdə indiyə qədər fəaliyyət göstərir. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da bu işdə əməlləri faş olub.
Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb.
Lakin Çovdarova aid olduğu aydınlaşıb. İcra başçısı məqsədli şəkildə Çovdarovun üzərindən şimşəkləri çəkmək üçün öz adına çıxarırmış.
Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib. Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.
Qeyd edək ki, Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə də qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis işləyib. Sonrası isə məlumdur, yazının əvvəlində yazdıqlarımız kimi...
anaxeber.info

Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.