ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi zonasında yaranmış son vəziyyətlə bağlı bəyanat yayıb.
Virtualaz.org xəbər verir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) tərəfindən yayılmış birgə bəyanatda tərəflərdən hərbi texnikanı təmas xəttindən geri çəkmək və həlak olanların cəsədlərini götürməyə imkan yaratmaq tələb olunur.
“Həmsədrlərin Azərbaycan və Ermənistan Müdafiə nazirliklrindən, habelə digər mənbələrdən aldığı informasiyalara görə fevralın 25-də səhər təmas xəttində atəşkəsin ciddi şəkildə pozulması qeydə alınıb, insan tələfatı olub. Bəzi cəsədlər neytral ərazidədir, tərəflər bir-birini hücuma görə ittiham edirlər. Həmsədrlər tərəfləri bundan əvvəl təmas xətinə yaxın yerləşdirilmiş ağır texnikanı geri çəkməyə, ATƏT sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə ötən axşam əldə edilmiş razılaşmaya əsasən cəsədlərin götürülməsinə imkan yaratmağa çağırır”-bəyanatda deyilir.
Həmsdərlər bildirir ki, tərəflər güc tətbiqindən çəkinməyə dair üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində döyüşlər zamanı ordumuzun itki verdiyini bildirib, lakin itkiləriin sayını açıqlamayıb. Bununla belə şəhid olan hərbçilərimizin cəsədələrinin neytral zonada qaldığı məlumdur.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan rayonunun Voskepar, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Aşağı Əskipara, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
****
25942c5983fe3be181f4a80f9db59b2aErmənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib.Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının qarşısını alınıb.
Məlumatlara görə, döyüşlər hazırda da davam edir. Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb. Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb.
“Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”, – deyə o bildirib.
Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər.
Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.
Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.
Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib. Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.
___
Müdafiə Nazirliyi: Düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir
artaa
Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.