İsveçdə Azərbaycanla bağlı dəhşətli korrupsiya faktı

11-03-2017, 08:27   




Dəmir yolu sövdələşməsindən 3 il sonra Rusiya vətəndaşı Azərbaycan məmurlarından rüşvət almaqda itiham edilərək həbs olunub

İsveç polisi “Bombardier” korporasiyasının işçisini rüşvət alma şübhəsi ilə saxlayıb, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilib.

Məhkəmə sənədlərinə görə, “Bombardier”-in satış direktoru Rusiya vətəndaşı olan Yevgeni Pavlov cümə günü saxlanılıb. Pavlov ağırlaşdırılmış rüşvətdə şübhəli bilinir, İsveç şirkətinə edilən əməliyyatda isə bir neçə nəfərə “şübhə bildirişi” verilib, İsveç Prokurorluğunun anti-korrupsiya şöbəsinin prokuroru Tomas Forsberq deyib.
“Bombardier” öncüllüyündəki konsorsiumun Asiya və Avropanı birləşdirən Qars-Bakı dəhlizi üzrə sifarişi Azərbaycan Dəmir Yolları QSC-dən udandan 3 il sonra bu həbs baş verib. Bu sövdələşmə – tərtibat, istehsal, təchizat, quraşdırma, qoşa yol xəttinin test və istismarı – 288 milyon dollar dəyərində qiymətləndirilib. Montrealda yerləşən qatar və təyyarə istehsalçısı “Bombardier”-in 203 milyon dollar payı olub.
“Biz təsdiq edə bilərik ki, “Bombardier”-in İsveç əməkdaşları polis tərəfindən sorğuya cəlb olunub. Biz İsveç hökuməti ilə tam əməkdaşlıq etməyə davam edəcəyik və mümkün olduqca əlavə məlumatlar verəcəyik”, – “Bombardier” şirkətinin mətbuat katibi Klaas Bellinq bildirib.
Tomas Forsberq intervyusunda deyib ki, Pavlov bu hadisədə mərkəzi rol tutduğu üçün saxlanılıb. “Onun ölkəni tərk etmək riski var, mümkündür ki, o, Rusiyaya qaçsın və Rusiya da öz vətəndaşını təhvil verməkdən imtina etsin”, – o deyib.

Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib.

Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontrakla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan “Multiserv Overseas”-ə satılıb. Sonra həmin bu London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb. Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb.

İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün “Bombardier”-dən rüşvət alıblar. Hüquq-mühafizə orqanları diqqətə çatdırır ki, 2013-cü ildə keçirilən tenderdə daha ucuz qiymətlər təklif edən başqa kompaniyalar da iştirak edib, amma kontrakt “Bombardier”-lə bağlanıb.
“Bombardier”-in həmçinin dəmir yolu rəhbərliyinin rəsmisinə bağlı Azərbaycan kompaniyası ilə 56 milyon dollar və ya daha artıq dəyəri olan müqavilələri var, Tomas Forsberq kompaniyanın adını çəkmədən deyib.

İlkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.