Zaur Hüseynov dövlət mülkiyyətini şəxsi malı kimi satışa çıxardı – Qaranlıqlar səltənətində HƏRRAC

30-03-2017, 08:48   


Metropoliten” Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Tuneltikinti idarəsinin ərazisi satışa çıxarılıb.

Miq.Az-a daxil olan məlumata görə, QSC-nin balansında olan torpaq sahəsini Metropolitenin rəisi Zaur Hüseynov şəxsi mülki adı altında satır. Hazırda rəisin torpaq sahəsinin satılması üçün özəl şirkətlərlə danışıqlar apardığı deyilir.

Halbuki, "Bakı Metropoliten” QSC-nin bütün səhmləri dövlətə məxsusdur. Necə ola bilər ki, Zaur Hüseynov dövlətə məxsus mülkiyyəti şəxsi malı kimi özəl şirkətlərə satmaq istəyir?

Bu sualın cavabı Zaur Hüseynovun "Yer altı səltənəti” kimi qaranlıqdır.

Lakin Z.Hüseynovun QSC-yə sədr gətiriləndən sonra atdığı addımlar, gördüyü işlər, dövlət pullarının mənimsənilməsi kimi fəaliyyətləri onun dövlət mülkiyyətini satmaq istəyinin təəccüblü olmadığını göstərir. İndiyə qədər yayılmış faktlar da buna əyani sübut hesab oluna bilər.

İlk həmlə

Zaur Hüseynov Metropoliten rəhbərliyinə gələn kimi ilk həmləni metro işində "saç ağartmış” təcrübəli kadrlara qarşı etdi.

Hüseynovun gəlişi ilə işdən çıxarılan Metropolitenin keçmiş əməkdaşlarından biri belə deyir: "O, özündən daha təcrübəli işçini sevmir, özünün birnci şəxs olaraq daha ağıllı olduğunu sübut edir. Bununla yanaşı, köhnə təcrübəli kadrların aldıqları əmək haqqı onun gözündə böyük görünürdü. Onların əmək haqlarını azaltsaydı, bu ciddi narazılığa səbəb olardı. Ona görə də yeniləri ilə əvəzləyərək, təcrübəsiz kadrlara istədiyi məbləğdə əmək haqqı verir”.

Təcrübəli kadrların üzünəı qapını bağlayan rəis "Yer altı dünya”da öz qohumlarından ibarət heyət formalaşdırıb. Və dövlət sifarişi olan bütün işləri yalnız öz ətrafında olan şəxslərə verərək, büdcədən ayrılmış pulları dolayısı ilə öz cibinə axıdır.

(FAKTLAR: Bax – http://miq.az/az/taiya-rehmet-oxutduran-zaur-huseynovun-yeralti-maxinasiyalari-arasdirma/).
Qaranlıqlar səltənətinin hökmdarı

Zaur Hüseynovun Metropoltendə qurduğu biznes şəbəkəsi və maxinasiyalarını əks etdirən faktlar kifayət qədərdir. Təkcə bir neçə faktı diqqətinizə çatdıraq:

– Dəmir Beton Konstruksiyalar Zavoduna dövlət büdcəsindən QSC-yə ayrılan maliyyə hesabına yeni texnika alınıb. Alınan texnikalardan təkcə birinin qiyməti 4 milyon manatdır. Rəsmi sənədlərdə yeni texnikanın zavodda istifadə olunduğu göstərilsə də, əslində QSC rəisinin göstərişi ilə büdcənin pulları hesabına alınan texnika rayonların birində təyinatından kənar istifadə olunur. Əvəzində zavodun ehtiyaclarını ödəmək üçün lazım olan texnika başqa şirkətlərlə müqavilə bağlanaraq, icarəyə götürülüb. Hər iki halda pul mənimsənilir. Birinci: dövlətin malı olan texnika fərdi şəxslərə icarəyə verilir və oradan gələn gəlir şəxsi ciblərə gedir. İkinci: şirkətlərdən müqavilə əsasında götürülən texnikanın icarə haqqı rəsmi sənədlərdə ikiqat yüksək göstərilərək, məbləğin yarısı mənimsənilir.

– Texnikaların alınması zamanı da dövlət büdcəsindən ayrılan supsidiyalar mənimsənilməsi baş verir. Belə ki, yaxın günlərdə QSC-yə yeni texnikalar alınıb. Lakin bu texnikaların qiyməti dəfələrlə şişirdilərək aktlaşdırılıb. Həmçinin, texnikanın malik olduğu yükgötürmə qabiliyyəti də dəfələrlə şişirdilib. Misal üçün, yeni alınan "kranlar” rəsmi sənədlərdə 25 ton yük qaldırma qabiliyyətinə malik olduğu göstərilir. Lakin reallıqda bu kranlar 7 tondan artıq yük qaldıra bilmir. Belə aydın olur ki, QSC rəhbərliyi büdcədən ayrılan puldan 25 ton yükgötürmə qabiliyyətinə malik olan "kranlar” almaq üçün lazım olan məbləği götürür, lakin 7 ton yükgötürmə qabiliyyətinə malik texnika alaraq, pulları mənimsəyir. Sənədlər və pulun hara xərcləndiyini təsdiqləyən aktlar yerindədir, yerində olmayan alınan texnikanın keyfiyyəti və həcmidir.

– "Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentində də ciddi maxinasiyalar baş verir. Məlumata görə, departamentin rəisi olan Səbuhi adlı şəxs (onun soyadına heç bir yerdə rast gəlmək mümkün deyil. Hətta QSC-nin rəsmi saytında belə Tikinti Departamenti bölməsi boşdur. Bunun özü də diqqət çəkən məqamdır) beton maşınlarının sürücülərini rüşvətlə işə götürməsi iddia olunur. Belə ki, böyükhəcmli yük maşınlarının sürücüləri "rol arxasında oturmaq” üçün 5 min manat, kiçikhəcmli yük maşınlarının sürücüləri isə 3 min manat rüşvət verməlidirlər. Bu "işəgötürmə” prosesinin də birbaşa Zaur Hüseynovun nəzarətində olduğu da şübhəli məqamlardan biridir.

– Digər məlumatlara görə, Z.Hüseynovun yeznəsi olan Tərlan adlı şəxs isə sözün əsil mənasında QSC-də at oynadır. Yeznənin Mərdəkanda 1,5 milyon manatlıq villası var. Z. Hüseynova məxsus "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Yaşıl Məkan” restoranını idarə edən Tərlan yeni şadlıq sarayı da inşa etdirir.

Faktlarla daha ətraflı tanış olmaq üçün bu linkə daxil olun:

(FAKTLAR: Bax – http://miq.az/az/yeralti-dunyanin-kralini-zaur-huseynovu-hebse-aparacaq-9-fakt-fotolar/).
Bizi ölümə aparan Hüseynov

Şöhrət ordenli, Prezident təqaüdçüsü, Fəxri dəmiryoçu, müharibə veteranı, 39 il fasiləsiz rəis vəzifəsində işləyən və 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) Akif Mehdi oğlu Zeynalovun açıqladığı faktlar isə "Bakı Metropoliten” QSC-dəki dəhşətli vəziyyəti gün üzünə çıxarır. Və aydın olur ki, metro sərnişinləri hər gün xəbərsiz "yer altı dünya”da ölümlə üzləşir.

(FAKTLAR: Bax – http://www.miq.az/az/baki-metrosunda-gezen-lum-meleyi-metropoliten-reisi-insan-heyatini-nece-pula-deyisir-dehsetli-faktlar/)

Bütün faktlara bir daha nəzər yetirəndən sonra Zaur Hüseynovun 1 saylı Tuneltikinti idarəsinin ərazisi necə satışa çıxara bilməsi də aydınlaşır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.