Bu günlərdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun rəqibləri tərəfindən hədəf alınması və nazirin yaxın ətrafının da sifarişli “qara piar” kampaniyasına əməlləri ilə töhvə verdiyi haqda yazmışdıq. Qaradağın icra başçısı Süleyman Mikayılovun adı hər zaman qalmaqallı olaylarda hallanıb. “Fövqəlnazir”ə arxadan vurulan zərbə: müavinlərin yükünü nazir çəkir” başlıqlı həmin yazıda FHN-nin kimi müavini – Rəfail Mirzəyev və Tapdıq Əmiraslanov haqda məlumatları diqqətə çatdırmışdıq. İndi isə cumhuriyyet.az olaraq “fövqəlnazir”in digər bir komanda üzvü, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun öz şefinə qarşı gizli zərbəsindən bəhs edəcəyik.
Bildirək ki, S.Mikayılovun adı dəfələrlə ən qalmaqallı məsələlərdə hallanıb. Bu yazımızda da media üzərindən apardığımız araşdırmalar zamanı ortaya çıxan məlumatlar əsasında icra başçısının qalmaqallarının K.Heydərova siyasi zərbəsi üzərinə diqqət çəkəcəyik. Məsələ burasındadır ki, mediada “Çakır” ləqəbi ilə tanıdılan Mikayılov “fövqəlnazir”ə qarşı yeni cəbhələr yaradır. Özü də söhbət Heydərova dəstək ola biləcək məqamlardan gedir. Məsələ burasındadır ki, hakimiyyətdə Naxşıvan klanının mühüm fiquru kimi təmsil olunan K.Heydərovun Muxtar Respublikanın rəhbəri Vasif Talıbov arasındakı münasibətlərdə S.Mikayılov gərəksiz fəaliyyəti ilə yadda qalıb. Bununla bağlı mediada yer alan xəbərdə deyilir: “Süleyman Mikayılovun Naxçıvan Muxtar Respublikasında o qədər də böyük olmayan vəzifəyə təyinat alacağı planlaşdırılıb. Süleyman Mikayılov özüylə bağlı planlaşdırılan bu vəzifə dəyişikliyinə ciddi cəhdlə mane olmağa çalışıb. Onun narazılığının səbəbi isə heç də xırda vəzifəyə təyinat alması yox, məhz Naxçıvana göndərilməsidir. Bəlli olmayan hansısa səbəb üzündən Süleyman Mikayılov doğulub, boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasında işləməkdən bütün vasitələrlə boyun qaçırıb. “Naxçıvanda Vasif Talıbovun rəhbərliyi altında işləməkdənsə vəzifəsiz qalmağı üstün tutaram” tipli açıqlamalara müəlliflik edən Süleyman Mikayılovun Vasif Talıbovla hansı probleminin olması haqda müxtəlif versiyalar səsləndirilir. Mikayılovun Talıbov fobiyası ilə bağlı məqamlar bununla bitmir. Məsələ burasındadır ki, Qaradağ icra başçısı Naxçıvan xanına qarşı münasibətinin şəxsi məsələlərdən qaynaqlanmadığı haqda izahatlar səsləndirib. Onun Talıbovla ziddiyyətinin komanda prinsiplərinə söykənməsi və bunun kökündə Kəmaləddin Heydərov-Vasif Talıbov qarşıdurması ilə əsaslandırması isə əks effekt verib. Belə ki, hakim komandanın iki böyük fiquru arasındakı münasibətlərdə Mikayılov kimi kiçik çaplı bir məmurun manevr cəhdləri bütün tərəflərdə qıcıq yaradıb. Bu izahata daha çox qəzəblənən isə “Fövqəlnazir”in özü olub”.
Ancaq şefinin qəzəbi belə icra başçısının Naxçıvan xanına qarşı hissini dəyişməyib. Mediada bununla bağlı da yer alan xəbərlər ilgincdir və cumhuriyyet.az olaraq həmin məqamları da olduğu kimi diqqətinizə çatdırırıq: “Tərəflər arasındakı münasibətlər həddindən artıq kəskindir və xüsusən də Süleyman Mikayılov Vasif Talıbov əleyhinə ciddi kampaniyalara girişib. “Çakır” ləqəbli icra başçısı hətta son günlər bir xeyli irəli gedərək, Vasif Talıbovun işdən çıxardığı, hətta hüsumət içində olduğu adamları bir-bir yanına çəkməyə başlayıb. Belə ki, bu yaxınlarda Naxçıvan Mustar Respblikasının sabiq Milli Təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Əsgərovun adamlarının Süleyman Mikayılov tərəfindən dəvət edilməsi və onlara Qaradağ rayonunda şəraitin yaradılması əyani sübutlardan biridir.
Hətta verilən məlumatlarda o da iddia edilir ki, Süleyman Mikayılov Vəli Əsgərovun ən yaxın adamlarından birinə özünün şirkətində mühüm post verib. Qaradağın icra başçısının keçmiş MTN şefinin adamlarını öz tərəfinə çəkməsinə səbəb onlardan Vasif Talıbova qarşı istifadə etmək niyyətində olmasıdır. İcra başçısına yaxın mənbələr də təsdiqləyirlər ki, Süleyman Mikayılov təkcə Vəli Əsgərovun deyil, həmçinin Vasif Talıbova qarşı olanların hamısını ətrafına toplayaraq, onların əliylə yuxarılara mütəmadi olaraq məlumatlar göndərmək fikrindədir. Ələlxüsus, “Çakır” Vəli Əsgərovun əlində ola biləcəyi ehtimal edilən audioyazı və videogörüntülərdən yararlanmaq üçün can atır.
Çingiz Coşqun, Cumhuriyyet.az