Adı Gömrük Komitəsindəki müxtəlif qalmaqallarda və “qara mühasibatlığın atası”, olmaqda hallanan Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun barəsində xalqınsesi.com-a məlumatlar daxil olub. Məlumatda komitədəki Nehrəmli qruplaşmasının sayəsində mövqe sahibi olan Vüsal Novruzovun sonradan mənsub olduğu qruplaşmaya da arxa çevirməsi onun daxildəki rəqiblərinin sayını artırıb. Odur ki, Vüsal Novruzov haqda ən adi məlumatların toplanılması belə, gömrükdəki bütün qruplaşmaların marağındadır: Hazırda Vüsal Novruzovun keçmişi və bu vəzifəyə yüksəlişi ilə bağlı ən dəqiq məlumatlarla zəngin qovluq hazırlanır. Onun gömrükdəki həmyerliləri ilə münasibətlərindən tutmuş, Ukraynadakı yarımçıq təhsilinə qədər inanılmaz faktlar saytın elektron ünvanına göndərilib. Adının çəkilməyini istəməyən şəxsin dediyinə görə, hələ uşaqlıq illərindən böyük qumar həfəskarı olan V.Növruzov vəzifədə olmadığı vaxtlarda atasının qazandığı milyonları da meyxanelərdə və qumar evlərində qoyub. Qumar və bahalı maşınlar həfəskarı olan general gömrük sistemində böyük gücə sahib olmasa da rəqiblərini sıradan necə çıxartmağı adlı – sanlı generallardan yaxşı bilir. Vaxtı ilə Çovdarova verdiyi milyonlar hesabına ondan aldığı dəstəklə çoxlarının gününü qara etməsi heç də uzaq keçmişə söykənmir deyən mənbə onun Çovdarovsayağı çete yaratdığını da iddia edir. Mənbənin sözlərinə görə, həmin şəxslər Novruzovun göstərişi ilə özlərini gah DİN-nin əməkdaşı, gah da prokurorluq işçisi kimi göstərərək insanları hədələyərək ətraflarında qorxu xofu yaradırlar. Bu barədə geniş məlumatları növbəti yazıda təqdim edəcəyik…
Vüsal Növruzovla bağlı xalqınsesi.com-a daxil olan bir digər məlumat isə 1-ci vitse president Mehriban Əliyevanın ad günü ərəfəsində xanıma qarşı edilən təxribatdır. Beləki, xanımın ad günündə ölkə mediasında az qala manşetlərə çıxa milyonluq avtobobillə bağlıdı. Növruzovun media dəstəkçiləri generala gətrilmiş həmin bahalı avtomobili xanımın gətizdirdiyini müxalifət mediyasına ötürərək, təxribat yaradmağa nail olmuşlar. Bunadan başqa xanımın ad günündə dəstək olduqları saytlarda K.Heydərov Azərbaycanın adı və güçüdü adda yazılar trajlamışlar. Əldə etdiyimiz məlumatlarda oda vurğulanır ki, general Vüsal Növruzovun bir neçə min manatlarla pul verib yanında gizli çalışdırdığı adamlar da elə müxalifət düşərgəsində sosial şəbəkələr vasitəsilə iqtidara hədyan yazanlardı./bia.az