Avropa Məhkəməsi Azərbaycan hakimiyyətini 271 min avro cərimələdi

14-04-2017, 07:57   

Avropa İnsan Haqları Məhkəməsi aprelin 13-də Azərbaycanla bağlı növbəti qərarlarını açıqlayıb. Şikayəti təmin olunanlar arasında qətlə yetirilən jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də var. Bu haqda vəkil Əsəbəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb:

“Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Ruşaniyə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Konpensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib”.

Seçki hüququnun pozulmasına görə ərizəçilər aşağıdakılardır:

Əli Kərimli
İsa Qəmbər
Tofiq Yaqublu
Gözəl Bayramlı
Nemət Əliyev
Sərdar Məmmədov
Bəxtiyar Hacıyev
İlqar Hüseynli
Nariman Yəhyayev
Salman İmanlı
Sahib Kərimov
İlham Hüseyn
İkram İsrafi
Pənah Hüseyn
Adil Qeybulla
Yaqub Babalı
Leyla Mustafayeva
Soltanhəmid Məlikov
Qiyas Sadıqov
Arzu Səmədbəyli
Sitarə Zeynalova
Aslan İsmayilov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.