ABŞ siyasi sistemi təhlükəli dövrə qədəm qoyub

21-05-2017, 08:51   
ABŞ siyasi sistemi təhlükəli dövrə qədəm qoyub
Prezidentin komandası əks-zərbəyə hazırlaşır

Donald Tramp prezidentliyi ABŞ tarixinə ən ağır siyasi böhran burulğanlarından birini bəxş edir. Heç bir prezident hakimiyyət gəldiyi vaxtdan qısa bir müddət ərzində bu qədər siyasi təlatümü özü ilə bərabər gətirməyib. Hazırda hər kəsin dilinə düşən bir kəlmə kabus kimi Ağ Evin üzərinə çöküb-impiçment.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ mediasında hər gün yeni administrasiya ilə bağlı informasiya mənbələrindən sızan xəbərlər onu sarsıtmağa davam edir.

“The New York Times” qəzetinin məlumatına əsasən, Donald Tramp FTB direktoru Ceyms Kominin qovulması barədə həmin gün görüşdüyü rusiyalı diplomatlara da xəbər veriibmiş. Qəzetin yazdığına görə, Tramp Sergey Lavrova və səfir Kislyaka Komini qovmaqla böyük təzyiqdən qurtulduğunu deyibmiş.

“Mən FTB direktorunu qovmaq qərarına gəldim. O, əsl xəstə (psixi mənada-red.) idi. Mən Rusiyaya görə böyük təzyiq altındaydım. Artıq bundan əsər-əlamət yoxdur”, - qəzet Ağ Evin xidməti yazışmalarına istinadən yazır.

Mətbuat bu məlumatın da Ağ Evin içindən sonuncu sızma olmayacağını bildirir. Bu cür informasiyalar isə yeni administrasiyanı daha müşkül vəziyyətə düşməsinə səbəb olur.

Lakin görünür, D. Trampın komandası da əliboş dayanmaq fikrində deyil.

“Bir çox Tramp tərəfdarı onun Vaşinqton “isteblişmenti” (siyasi elita-red.) tərəfindən devrilməsi halında iğtişaşlar törədəcəklərini vəd edir”, -Frankfurter Allgemeine qəzetinin icmalçısı Oliver Georgi yazır.

“ABŞ-ın radikal sağçıları Trampa qarşı dairələri “korrupsiyalaşmış elita” adlandırır və impiçment halında onlara qarşı radikal şəkildə cavab verəcəyini bildirir”,- məqalədə qeyd olunub.

Müəllif mühafizəkarların radikal qanadını təmsil edən şəxslərdən bəzilərinin fikirlərini öz yazısında əks etdirib.

“Onlar nə yolla olursa-olsun Trampı uzaqlşdırmaq istəyirlər. Bu yay situasiya olduqca təhlükəli xarakter ala bilər. İmpiçmentə doğru yol isə həm ABŞ xaricində, həm də öz küçələrimizdə əsl müharibəyə, gətirib çıxaracaq”,- ABŞ-ın məşhur sui-qəsd nəzəriyyəçilərindən, radikal sağçı Cozef Uotson qatı mühafizəkarların mövqeyini müdafiə etməsi ilə bilinən “infowars.com” saytına bildirib.

Qeyd olunur ki, infowars.com saytı radioaparıcı Aleks Couns tərəfindən idarə olunur. Saytın auditoriyası 5 milyon nəfərdən çoxdur. Hər yerdə Demokratlara və korrupsiylaşmış elita ilə mübarizə apardığını elan edən Couns-un aparıcılıq etdiyi “Alex Jones Show”radioverilişi ölkənin 100-dən çox radiostansiyasında translyasiya olunur.

“İmpiçment barəsindəki bəyanları ilə siyasi isteblişment Trampın seçicilərinə müharibə elan edir”,- Trampın keçmiş müşaviri Stiv Bennonun rəhbərlik etdiyi “Alt Right” hərəkatının mətbuat qolunun rəhbəri Coel Pollak sayta danışıb.

“Bəzi ekspertllərin fikrincə, Trampın impiçmenti nə qədər bir çox amerikalı istəsə belə cəmiyyət içərisində parçalanmanı dərinləşdirəcək”, -Oliver Georgi məqaləsində yazır.

Bundan başqa, Trampın yaxın çevrəsi mediada gündəmi dəyişdirəcək və təşəbbüsü ələ alacaq sensasion xəbərlər dərc etməyə hazırlaşır.

ABŞ-ın Foreign Policy jurnalının müxbiri Cenna Maklaflinin verdiyi xəbərə görə, variantlardan biri də Barak Obama və administrasiyası dövründə qəbul edilən bəzi proqramlarla bağlı ola bilər.

“Söhbət Obama dövründə kibertəhlükəsizliklə bağlı informasiya mübadiləsi üzrə proqram çərçivəsində konfidensial məlumatların paylaşılması ilə əlaqədargörülən tədbirlərdən gedə bilər.

“Ağ Evdə çərşənbə günü keçrilən iclsada iştirak edən məlumatlı mənbənin sözlərinə görə, Trampa Daxili təhlükəsizlik nazirliyi tərəfindən qəbul edilən proqramla bağlı təhqiqatın aparılması təklif olunub. Bu proqram Rusiya və digər ölkələrə bəzi gizli məlumatlara çıxış əldə etməsinə imkan verirmiş. Kiberhücumlar haqqında informasiya mübadiləsini nəzərdə tutan proqram rəqəmsal təhdidlərlə mübarizədə koordinasiyanı asanlaşdırmağı nəzərdə tutur. Trampın komandası bundan intiqam məqsədilə idstifadə etməyə çalışa bilər. Onlar bəzi konfidensial informasiyanın ötürülməsi ilə bağlı mətbuatda məqalə verməyi fikriləşirlər”, məqalədə bildirilir.

Lakin nazirlik əməkdaşları müəllifə verdikləri açıqlamada bu cür məlumatların mübadiləsinin məxfi xarakterdaşımadığını, əksinə təhdidlərin qarşısının alınmasında olduqca faydalı olduğunu söyləyərək Trampın komandasının belə bir addıma atacağı halda əsl dəliliyə yol verəcəyini qeyd edirlər.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.