Narıncı qalstuklunun qayıdış sirri: Vaşinqtonun “Milyarderlər İttifaqı” kimlərdir?

22-05-2017, 08:49   



Azərbaycanda prezident seçkilərinə 1 ildən bir az artıq vaxt qalmış yenə Ağ ev və Kremlin soyuq divarları arasında ssenarilər yazılmaqdadır, proyektlər çizilməkdədir.
Bir yandan Moskva Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv edirsə, digər tərəfdən Vaşinqton sevimli və köhnə adamı - sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi siyasi dövriyyəyə buraxır.
Lakin bu dəfə oliqarx-biznesmen obrazında...Eynilə Ukraynanın milyarderi - Petro Poroşenkosayağı!
Beləliklə, seçkilər ərəfəsində hər iki cinah - Rusiya və ABŞ Azərbaycan üzərində yeni ssenariləri hazırlamaqdadırlar. Moskvanın “Milyarderlər İttifaqı” projesi bəlli olduğu kimi, Vaşinqtonun da “Milyarderlər İttifaqı” dirilməkdədir.

anaxeber.info yazır ki, Türkiyə və ABŞ Fərhad Əliyevi Azərbaycan hakimiyyətinin əsas alternativi olaraq görür.
Hətta Fərhad Əliyev Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli simalarından olan Henri Barkeylə bağlantılara malikdir.
Paralel olaraq, hakimiyyətin növbəti dəfə qəzəbinə tuş gəlməmək və Bakı İstintaq Təcridxanasına qayıtmamaq üçün Türkiyə prezidenti Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla şərikli biznes qurub.
Elə buna görə də təsadüfi deyil ki, F.Əliyevin Azərbaycanda biznes şəraiti qurmasına “yaşıl işıq” yandırmasını Ərdoğan həmkarı Əliyevdən xahiş edib.
Əks halda 2005-ci ildə Milli Məclisə “narıncı qalstuk”da gələn Fərhad Əliyev əsla Azərbaycanda biznes işinə başlaya bilməzdi.
***

Sadə bir məntiqdir: Fərhad Əliyev belə riskə getməz. Ona icazə verilib ki, Bakıda bizneslə məşğul ola bilər.
Bu qəlibdən çıxmaq və “qırmızı xətti” keçmək siyasi intihar deməkdir. Elə onun xahişini edən Ərdoğanın da siyasi zamin durduğu istisna deyil.
İ.Əliyev də türkiyəli dostuna inanaraq sabiq nazirə şans tanıyıb və başını aşağı salıb fəaliyyət göstərməsinə izn verib.
Ancaq F.Əliyevin üzərindən hansı projenin çizildiyi bəlli deyil. Ona Ərdoğanın siyasi zamin durması hakimiyyətdə arxayınlıq yarada bilər.
Sadəcə, bu qədər rəqibi və düşməni olduğu halda, iqtidarda vaxtilə onun həbsə getməsini istəyən qüvvələrin hələ də vəzifələr tutduğu halda F.Əliyevin biznes riskinə girməsi ağlabatan deyil.

Söhbət sabiq nazirin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibi olmasından gedir.
Fərhad Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başladığı artıq rəsmən təsdiqlənib.
İddia olunur ki, Ərdoğan oğlu Bilal Ərdoğanı isə Fərhad Əliyevə şərik qoşub və bununla da yatırılan sərmayəni və Fərhad Əliyevin təhlükəsizliyini sığortalayıb.
Cumhuriyyet.net yazıb ki, Bilal Ərdoğanın Fərhad Əliyevə şərik edilməsini Mərkəzi Kəşfiyyat İdarəsi istəyib.
Ərdoğana bu göstəriş Graham Fullerdən sonra ABŞ-ın Yaxın və Orta Şərq layihələrindən sorumlu olan Henri J. Berkey tərəfindən verildiyi bildirilir.
F.Əliyevin özü də Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli simalarından olan Henri Barkeylə təmasları qeydə alınıb.
F.Əliyevin Azərbaycana qayıdışı Vaşinqtonun və Ankaranın Rusiyaya qarşı ehtiyat karta olan ehtiyacdan doğan zərurətdir.
Faktiki olaraq Fərhad Əliyevin Azərbaycanda hakimiyyətə gətirilmək planı Rusiyanın Azərbaycanda olan nüfuzunun minimuma endirilməsinə planlanıb.
***
anaxeber.info yazır ki, Rusiya ilə Azərbaycanın siyasi rəhbərliyi arasında hər nə qədər soyuqluq və gərginlik hökm sürsə də, Kremlin siyasi hakimiyyət dəyişikliyi planda yoxdur.
Moskva ən yaxşı halda Əliyevə etdiyi təzyiqlərlə ondan nə isə qoparıb əl çəkə bilər. Eləcə də “Milyarderlər ittifaqı” projesi də məhz seçkidən-seçkiyə gündəmə gəlir, Bakıya “əzələ nümayiş” etdirilir. Sonra hər şey relsə düşür və münasibətlər öz axarı ilə davma edir.
Lakin eyni sözləri ABŞ-Azərbaycan əlaqələri barədə söyləmək olmaz. Vaşinqton siyasi planları varsa reallaşdırır və gözləmir. Düzdür, hazırkı situasiyada ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistandakı status-kvonu dəyişmək istəmir. Belə desək, Rusiyanın bazarına girmir. Ancaq F.Əliyevin timsalında nələrinsə cərəyan edəcəyi gözləniləndir.
İddialara görə, Fərhad Əliyevin Sumqayıta yatırdığı sərmayədə Ərdoğanın oğlu Bilal Ərdoğanın da payı var. Oğul Ərdoğanın Fərhad Əliyev ilə şərikliyi, bu məsələdə sabiq nazirə verilən əsas təminatlardan biridir.
Yəni Azərbaycan hakimiyyəti hətta istəsə belə, Fərhad Əliyevi bu dəfə həbs etmək problemli olacaq və Azərbaycan hakimiyyəti buna görə çox ciddi siyasi və iqtisadi nəticələrlə üzləşə bilər.
Fərhad Əliyevin həyat yoldaşının Azərbaycan Tibb Universitetində işlə təmin olunması haqqında məlumat da onu göstərdi ki, sabiq nazir Azərbaycanda yerləşməyə qərarlıdır.
Ərdoğan isə hər nə qədər ABŞ əleyhinə fikirlər səsləndirsə də, əslində onu hakimiyyətə gətirən və bu günə qədər hakimiyyətdə qalmasına hər cür dəstək verən
Vaşinqtonun bölgədəki maraqlarının əsas təminatçısı kimi çıxış edir.
Türkiyədə antiazərbaycan koalisiyası yaradaraq vətənə dönən Fərhad Əliyev istər Zülfüqarlı qardaşlarının, istərsə də Mübariz Mənsimovun dəstəyindən yararlanacaq.
Belə ki, yaxın zamanda Fərhad Əliyevdən sonra Zülfüqarlı qardaşlarının da Azərbaycana dönməsi gözlənilir.
Beləcə Vaşinqtonun “Milyarderlər ittifaqı”ndakı projesə F.Əliyev, M.Mənsimov və Zülfüqarlı qardaşlarının yer aldığını iddia etmək olar.
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.