Hökumətin radikal islahat paketi: vitse-prezidentlər təyin edilir və ...

24-05-2017, 09:42   


Azərbaycan hökumətinin bir müddət öncə dərin islahatlara başlaması ilə bağlı verdiyi anonsun reallaşmasına demək olar ki, sayılı günlər qalıb.

Bir müddət öncə Azərbaycanın baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetindəki məqaləsində dərin islahatlara başlamaqla öz məqaləsində dərin islahatlar konsepsiyasının həyata keçirilməsi zərurəti, bunu şərtləndirən amillər və bu istiqamətdə hazırlanan konsepsiya haqında təfsilatı ilə bağlı mövqeyini ortaya qoyub.

Onun fikrincə, dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Baş nazirin müavini dərin islahatların əsas hədəfinin Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsinin olduğunu bildirib. Ə.Əhmədovun sərgilədiyi mövqedən aydın olur ki, dərin islahatların ana xəttini isə idarəetmənin optimallaşdırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, xərclərin azaldılması təşkil edəcək. Bu yolla hökumət əsassız formada şişirdilmiş bürokratik aparatın ixtisarına və bu yolla da büdcə xərclərini azaltmağa çalışır. Hökumət idarəetmə sisteminin təkmilləşdirilməsində dünya praktikasını əsas götürüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu gün Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür (ordu və təhlükəsizlik xidmətlərində çalışanlar da buraya daxildir). Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. Rəsmi statistik məlumat göstərir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu göstərici təqribən 2,5 dəfə çoxdur.

Artıq hökumətin dərin islahat paketi hazırdır və bu islahatlara yaxın zamanlarda start veriləcək. Bu islahatlar nəticəsində güclü ixtisarlarla yanaşı, paralel qurumların, eyni sahəni əhatə edən strukturların ixtisar olunaraq birləşdirilməsi nəzərdə tutulur.

Əli Əhmədovun təbrincə desək : “Azərbaycan yeni idarəetmə məfkurəsinə və metodlarına keçid mərhələsini yaşamaqdadır. 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına bəzi dəyişikliklərlə əlaqədar keçirilən referendumun nəticələri bu sahədə əlavə hüquqi imkanlar yaratmışdır. Çox qısa vaxtda idarəetmədə ən əhəmiyyətli və faydalı islahatların uğurla həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur və ölkə iqtisadiyyatı tezliklə onların müsbət təsirini hiss edə biləcəkdir”.

Artıq oxşar və paralel qurumların birləşdirilməsi və bunun nəticəsində kütləvi ixtisarların getməsi ilə bağlı musavat.com-da müəyyən məlumatlar yer alıb.

Qəzetə məlumat verən mənbə iddia edib ki, hökumət prosesə İslamiadadan sonra başlayacaq və mümkündür ki, dekabradək davam etsin. Bəzi mənbələr idarəetmə strukturlarında çalışan 140 minə yaxın məmurun ixtisar olunacağı iddia edir.

Məsələn, rəsmi təsdiqlənib ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib. Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.

“Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi də deyilir.

Məlumata görə, dövlət strukturlarının birləşməsi təkcə adıçəkilən qurumlarda deyil, ümumilikdə bütün sahələri humanitar, təhsil, səhiyyə, mədəniyyət, elm, siyasi idarəetmə institutlarını da əhatə edəcək. Bu islahatlar ölkədə daha effektiv idarəetmə sistemini nəzərdə vitse-prezidentlik institutuna uyğun şəkildə həyata keçiriləcək. Və bu islahatlar tədrici qaydada həyata keçiriləcək. Bununla bağlı siyasi iradə oratadadır və yaxın günlərdə biz bu islahatlaraın başlanmasının şahidi olacağıq.

Mənbə onu da bildirib ki, Dövlət Su Agentliyinin yaradılması nəticəsində Qorxmaz Hüseynov yeni quruma rəhbər gətiriləcək. Əhməd Əhmədzadənin isə müavin olacağı bildirilir.

Dərin islahatlara isə digər vitse-prezidentlərin təsdiq olunması ilə start veriləcək.

Gununsesi.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.