Sülh əvəzinə ƏRAZİLƏR, İrəvana son ŞANS...

11-07-2017, 09:15   


Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edib. Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb. Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır. Mosulun İŞİD-dən təmizləndiyi rəsmən elan edilib. ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb.
İyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb və birgə şam ediblər.

İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.


Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.
Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edib. Azərbaycan Prezidenti Türkiyəyə səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüş keçirib. Məlumata görə, görüşdə təmas xəttində baş verənlər, Ermənistanın sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Erməni siyasi şərhçi Akop Badalyan Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd edib.

Sabah – iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər naziri Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclası çərçivəsində görüşəcək. Görüşdə konkret nələrin müzakirə ediləcəyi müəmmalıdır. Çünki iyulun 4-də Ermənistanın mülki azərbaycanlıları qətlə yetirməsindən sonra cəbhədə vəziyyət kifayət qədər gərginləşib və sülh danışıqları dalan girişi daha da dərinləşib. Bu baxımdan, sabahkı görüşün olduqca gərgin və nəticəsiz keçəcəyi ehtimalı böyükdür. Lakin Bakının İrəvan qarşısında konkret şərtlə çıxış edəcəyi də gözlənilir.
Erməni jurnalist Sarkis Artsruni yazır ki, Azərbaycan Ermənistan qarşısında tələblə çıxış edəcək: “Ya əraziləri qaytar, ya da müharibə başlanır”.
“Azərbaycan güman ki, son şərti irəli sürəcək”, - deyə o vurğulayıb.
Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır. Düşmən ölkənin Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan istifadə edə biləcəyinə dair informasiyalar var. "Kavkazplus” saytı yazır ki, İrəvan “strateqləri” kütləvi qırğın silahına malik olmaq ideyasından əl çəkmirlər.


Ermənistanda Azərbaycan Ordusundan qorunmaq üçün maraqlı təklif irəli sürülüb. Ermənistanda fəaliyyət göstərən qloballaşma və regional tədqiqatlar mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan hesab edir ki, ölkəsini Azərbaycan Ordusundan yalnız NATO xilas edə bilər.
“Əgər Ermənistan NATO ilə əməkdaşlıq etməyəcəksə, Azərbaycan müharibəni başlayacaq və istədiyinə nail olacaq. NATO böyük və nüfuzlu təşkilatdır. Bizə silahla kömək etməsə belə, siyasi bəyanatlarla kömək edə bilər. Azərbaycandan qorunmağın ən yaxşı yolu budur. Bu qərarı təcili verməliyik”, - deyə o bildirib.
Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri bu gün birgə hərbi təlimlərə başlayıb. Hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların Dağlıq Qarabağa keçməsinin qarşısını alınması həyata keçirilib.

Ukrayna böhranı həll edilənə qədər ABŞ və AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson ötən gün Kiyevdə Prezident Pyotr Poroşenko ilə keçirdiyi görüşdə səsləndirib.
Tillerson qeyd edib ki, münaqişəyə səbəb olan davranışlar bitənə kimi sanksiyalar ləğv edilməyəcək.
İraqın baş naziri Heydər əl-Əbadi ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. İŞİD lideri Əbubəkr Əl-Bağdadinin “xilafət” elan etdiyi Əl-Nuri məscidi iyunun 29-da azad edilmişdi.
Mosul azad edilməsi əməliyyatında ordu birlikləri ilə yanaşı Peşmərgə (kürd qüvvələri), “Haşdi Şabi” şiə qruplaşması və sünni tayfa gücləri iştirak edib. Əməliyyata ümumilikdə 100 min silahlı qatılıb. ABŞ havadan əməliyyata dəstək verib.
İraq qüvvələri bu günə qədər 800-dən çox itki verib, 4 min 600 əsgər isə yaralanıb. Öldürülən terrorçuların sayı 17 mini keçib. Əməliyyatdan əvvəl isə Mosulda 6 min qədər İŞİD döyüşçüsünün olduğu təxmin edilirdi.
“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”. Bu haqda ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn CBS telekanalına müsahibəsində deyib.
“Bizdə strategiya yoxdur və biz uduzuruq. Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir”, - senator bildirib.
Respublikaçı senator həmçinin qeyd edib ki, Ağ Evdə hazırda əsas problem nizamsızlıqdır.
ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Natalya Veselnitskayanın Rusiya hakimiyyətilə bağlı olduğu bildirilir. Onun müştəriləri arasında Rusiya hakimiyyətilə bağlı şəxslər, həmçinin Rusiyanın bir sıra dövlət şirkətləri var.

Trampın Kremlin adamı ilə gizli əlaqəsi ORTAYA ÇIXDI - ABŞ ŞOKDA
“Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı öz təcavüzkar hərəkətlərinə davam etdiyi müddətdə NATO Kiyevi dəstəkləyəcək: “İttifaq ölkələri Krımın Rusiya tərəfindən qeyri-qanuni zəbtini heç vaxt tanımayacaqlar. Bundan başqa, Ukraynanın şərqindəki vəziyyət bizi narahat edir”, - Stoltenberq vurğulayıb.
O həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir. Hərbi alyansın baş katibi Rusiya hərbi güclərinin Ukraynanın şərqindən çıxarılmalı olduğunu deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab olaraq bildirib ki, Ukraynada Rusiya hərbi qulluqçuları yoxdur və olmayıb. O həmçinin bildirib ki, Ukraynanın NATO-ya qəbulu Alyansın hərbi infrastrukturunun Rusiyaya yaxınlaşmasının davam etdirilməsi deməkdir. Kremlin sözçüsü Kiyevin Alyansa qəbul ediləcəyi təqdirdə Avropada stabilliyin yaranmayacağını bildirib.
"Hue City” Amerika kreyseri və “Carney” esminesi “Sea Breeze-2017” Amerika-Ukrayna hərbi dəniz təlimlərində iştirak etmək üçün Ukraynanın Odessa limanına daxil olub. “Sea Breeze-2017” hərbi dəniz təlimləri 10-22 iyul tarixlərində Qara dənizdə keçiriləcək. Təlimlərdə 17 dövlət silahlı qüvvələri iştirak edəcək. Xüsusi halda, təşkilatçı ölkələr olan ABŞ və Ukraynadan başqa, Belçika, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Kanada, Fransa, İtaliya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Türkiyə və İsveçin hərbi hissələri təlimlərə cəlb ediləcək. Təlimlər quru və hərbi dəniz qüvvələri, həmçinin dəniz desant bölmələrinin iştirakı ilə keçiriləcək.
Amerikanın Rusiyaya bundan sonrakı münasibəti ölkədəki seçkilərə müdaxilə ilə bağlı aparılan araşdırmanın nəticələrindən asılı olacaq. Bunu CBS telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli söyləyib.
“Məncə, Putin Trampla görüşdə bizim hamımızın ondan gözlədiyini etdi. O, seçkilərə müdaxiləni inkar etdi. Putin bilir ki, seçkiyə müdaxilə edib, amma o, bunu heç vaxt etiraf etməyəcək”, - deyə o bildirib.
Ömər Dağlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.