Sərdar Cəlaloğlu: “Bu təzyiqlər yaxın gələcəkdə də davam edəcək”
“Son vaxtlar təzyiq məqsədi ilə Rusiya tərəfindən Azərbaycana müxtəlif addımlar atılır. Hesab edirəm ki, rus-erməni ordusunun Qarabağda keçirdiyi iddia olunan təlimlər də məlum qəbildən olan addımlardan biridir”.
Bunu anaxeber.info-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin bildirdiyinə görə, Rusiya bununla rəsmi Bakıya öz istəklərini diktə etməyə çalışır:
“Biz baş verənlərə bir sistem halında baxmalıyıq. Əgər belə baxsaq görərik ki, Rusiya son vaxtlar ölkəmizə təzyqilərini artırmağa çalışır. Rusiya çalışır ki, Azərbaycan onun heç bir istəyinə müqavimət göstərməsin. Buna görə də ən müxtəlif vasitələrlə Bakıya təzyiq göstərməyə çalışır. Bu baxımdan Rusiyanın təzyiqlərinin qarşıdakı aylarda da davam edəcəyi gözləniləndir”.
Seymur Əliyev