Hikmət Hacızadə: “Ta o vaxta qədər ki, Rusiya öz siyasətini dəyişsin”
Politoloq Hikmət Hacızadə anaxeber.info-a açıqlamasında Ermənistan prezidenti Serj Sərkisyanın son günlər səsləndirdiyi “cəsarətli” bəyanatlara münasibət bildirib. Bu cəsarətin Rusiyanın dəstəyindən qaynaqlandığına diqqət çəkən H.Hacızadə, Kremlin öz siyasətini dəyişəcəyi təqdirdə Sərkisyanın da “cəsarətinin” bitəcəyini vurğuladı:
“Təbii ki, Ermənistanı sülhə məcbur etmək mümkündür. Kim deyir ki, bu, mümkün deyil? Sadəcə, onu yerində otuzdurmaq lazımdır. Bu, o halda mümkündür ki, Rusiya öz siyasətini dəyişsin. Hələ ki, bu yoxdur. Odur ki, Sərkisyan “meydan oxuyur”. Onun “cəsarətinin” arxasında sadəcə bu amil dayanır”.
Seymur Əliyev
anaxeber.info