Ana İcra başçısından yaşamaq üçün ev istəyir - Evdəki 10 nəfərdən biri vətən üçün ŞƏHİD OLUB - VİDEO

19-02-2018, 16:27   
Ana İcra başçısından yaşamaq üçün ev istəyir - Evdəki 10 nəfərdən biri vətən üçün ŞƏHİD OLUB - VİDEO
Cəlilabad rayonu, Mikayıllı kənd sakini Əliyeva Şəfiqə acınacaqlı şəraitdə yaşadığını bildirərək A24.az-a şikayətini bildirib.

A24.az xəbər verir ki, o, 2007-ci ildə Ağdam rayonunda şəhid olan Əliyev Aslan Eldar oğlunun anasıdır.



Şəhid ailəsinin aidiyyatı qurumlara müraciət etməsinə baxmayarq, mövcud problem hələ də qalmaqdadır. Dəfələrlə Cəlilabad rayonu İcra başçısı Əziz Əzizovun qəbulunda olduqlarını söyləyən şəhid ailəsi hələ də 9 nəfər və 5 azyaşlı uşaqla kirayədə yaşadığını, onlara yardım edilməsini istəyir.





Evinin yaşamaq üçün tamamailə yararsız olduğunu söyləyən ana, “Mən şəhid anasıyam, bu vətən uğrunda övladımı vermişəm. Bununla fəxr edirəm. Ancaq yaşamağa ev tapmıram” deyərək ölkə prezidentinə müraciətini bildirdi.[media=https://www.youtube.com/watch?v=cIJ_-BM83bU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.