Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Hərəkatının son iclasında Türal Abbaslı ilə sabiq nazir İsgəndər Həmidov arasında mübahisə yaranıb.
Əlbəyaxa dava həddinə çatan mübahisə Nemət Pənahlının təşkilatdan uzaqlaşdırılmasından sonra başlayıb. Daha sonra İdarə Heyətinin üzvləri Əli Əliyev və Rəhim Qazıyev iclası yarımçıq tərk edib. Bu isə sözügedən şəxslərin də təşkilatı tərk edəcəyinə dair bəzi fikirlər yaradıb. Ağ Partiyanın sədri, Qarabağ Komitəsi və Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü Tural Abbaslı Cebhe.info əməkdaşı ilə söhbətində məsələyə aydınlıq gətirib:
“Əli Əliyevlə Rəhim Qazıyevin iclası yarımçıq tərk etməsi qətiyyən Azərbaycan Xalq Hərəkatına etiraz deyildi. Rəhim bəy orada əsəbləşmişdi, qan təzyiqi qalxdı. Rəhim bəy yaşlı adamdır, səhhəti ilə əlaqədar dərman qəbul edir. Ona görə də Rəhim bəy evə getməli oldu. İxtisasca həm də həkim olan Əli bəy avtomobili ilə Rəhim bəyi evinə apardı. Burada siyasi bir məsələ yox idi. Əli Əliyevlə Rəhim Qazıyevin Azərbaycan Xalq Hərəkatından çıxmayıb və bundan söhbət belə gedə bilməz”.
Vilayət Muxtar
Cebhe.info