EYYUBOVLAR DA XORVATİYADA MİLYONLUQ BİZNES QURUB – Fotolar

5-04-2019, 16:32   

 




“Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir“. Bunu müstəqil jurnalist Cavanşir Həsənov öz “.facebook” hesabından paylaşdığı yazıda bildirib.
“AzPolitika.info”nun məlumatına görə, yazlda daha sonra bildirilir: “Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməskndə (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir. Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.

Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.
Xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub.
 

 
 
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar