Bu tələbələr pulsuz müayinə olunacaq

5-04-2019, 18:55   

 


   
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.
Tibb Universitetindən Axar.az-a verilən məlumata görə, Şura üzvlərinin yekdilliklə səs verdiyi qərara əsasən, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar.
Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Eyni zamanda, tələbələrin ATU klinikalarında müayinəsi həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına yardım göstərəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar