ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.
ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi isə jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton başqa ölkələri də SEPAH-ı təcrid edilməsinə qoşulmağa çağırır.
“Biz başqa ölkələri də SEPAH-ı təcrid etməyə çağırırıq. Biz onların imkanlarını azaltmalıyıq”, - ABŞ administrasiyasının nümayəndəsi deyib.
Onun sözlərinə görə, ABŞ İranı terrorizmin maliyyələşdirilməsinin əsas mənbəyi deyil, həm də aktiv iştirakçı və terror fəaliyyətinin azarkeşi hesab edir.
Administrasiyanın başqa nümayəndəsinin sözlərinə görə, İran Avropa ərazisində terror aktlarını həyata keçirməyə çalışırdı. O qeyd edib ki, İran yüzlərlə Amerika əsgərinin həlak olmasına görə məsuliyyət daşıyır.