Diplomat Mahir Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində səfiri təyin olunub. Virtualaz.org-a məlum olub ki, M.Əliyev artıq vəzifəsinin icrasına başlayıb. Bu vəzifədə o, qalmaqallı məşhur Daşqin Şikarovu əvəz edib.
Xatırladaq ki, virtualaz.org əvvəllər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun Azərbaycan hökumətinin Abu-Dabinin hökmdarı Xəlifə ibn Zayid əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsədiyi barədə yazmışdı. Söhbət təxminən 10 banka qara kürüdən gedirdi.