Deputatın BİZNES İMPERİYASI — Qazaxıstandan Rusiyayadək (FOTOLAR)

9-04-2019, 14:12   

 


2010-cu ildən deputat mandatı daşıyan Əsabil Qasımovun Qazaxıstanda böyük biznesi var.
Demokrat.az-ın məlumatına görə, bu barədə jurnalist Cavanşir Həsənlinin araşdırması nəticəsində məlum olub ki, deputatın bu ölkədə iri taxıl kombinatı var:
“Kombinat “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” Səhmdar Cəmiyyəti (qazaxca “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” АКЦИОНЕРЛІК ҚОҒАМЫ) tərəfindən idarə olunur. Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir.
Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6000 ton təşkil edir. ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР”-un əsas səhmdarları deputata məxsus “Karat”, “Karmen”, “Aveta” və “Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov Qarakişi oğlu, oğlu Taleh Qasımov, deputatın qardaşları Eyyub Qasımov, Teyyub Qasımov, Elxan Qasımov, Səxavət Qasımov, Ataş Qasımov, Səxavət Qasımov və digər qohumları da var.
Səhmdar Cəmiyyət 2007-ci ildə yaradılıb, səhmlərin böyük hissəsi 2014-cü ildə deputatın şirkətləri və qohumları tərəfindən alınıb. Dövlət qeydiyyatı nömrəsi: КСТ-000204.
Nizamnamə kapitalı 48 miyon 600 min tenqe, aktivləri 15 miyon 740 min avro təşkil edir. 2017-ci ildə gəlirləri 227 milyon 253 min tenqe (597 min 675 min dollar) olub. Balansında dövlət qeydiyyatından keçmiş 48 daşınmaz əmlak var”.
Jurnalist Azərbaycan Respublikasının Konstitusiyasının deputatın biznes sahibi olmasına icazə vermədiyini də xatırladıb. Konstitusiyanın 89-cu maddəsində bildirilir:
“I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)”.
Cavanşir Həsənli həmçinin deputat Əsabil Qasımovun Bakıdakı möhtəşəm otelinin fotolarını da paylaşıb. O, qeyd edib ki, 18 mərtəbəli “MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.
“Bunlar sizə çox da böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”, – deyə jurnalist yazıb.

 
Xatırladaq ki, məşhur “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb.  O, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb.
“Karat Holdinq”in tərkibinə daxil olan bu şirkət və müəssisələr deputata məxsusdur:
“Karat” MTK, “İdeal” MMC; “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M”, Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” .
Ə.Qasımovun 29 yaşlı oğlu Elçin Qasımov bu ilin yanvarında İsveçrədə xizək sürərkən yıxılıb və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar