Bu gün Mehman Hüseynov xarici səfər etmək istəyərkən hava limanında saxlanılıb. Onun ölkəni tərk etməsinə icazə verilməyib. M.Hüseynov bununla bağlı facebook səhifəsində status paylaşıb: “Mənə qarşı haqsızlıq, xüsusi ədalətsizlik, nifrət davam edir. Məni ölkəmdə girov kimi saxlamağa davam edirlər.
Mənə qarşı olan bu nifrətə bu haqsızlığa haçansa son qoyulacaqmı?
Həbsdən çıxan kimi ilk növbədə fikiləşdim ki, bütün sənədlərimi bərpa eləyim, özümü əsl Azərbaycan vətəndaşı olaraq hiss edim. Sənədlərimi bərpa elətdirdim. Növbəti addım fəaliyyətimi, sağlamlığımı bərpa elətdirmək idi. Bu ay mənim xarici ölkələrdə çox mühüm görüşlərim olmalı idi, beynəlxalq təşkilatların numayəndələri ilə görüşüm, Avropa Şurasında, Avropa parlamentində, ATƏT kimi qurumlarda Azərbaycan haqda çıxışlarım olmalı idi. Və ən əsası mən xaricə gedib səhətimdə olan çox ciddi problemlərimi həll etməli idim, muayinədən keçib cərrahi əməliyyat olunmalı idim. Səbəb odurki mən Azərbaycan səhiyyəsinə inanmıram, Azərbaycan səhiyyəsi bərbad günündədir. Mən bu səhiyyənin altında ölmək istəmirəm! Ona görə qərara gəldim ki xaricdə əməliyyat olunum. Çünki fəaliyyətimi davam elətdirmək üçün mütləq şəkildə sağlam olmalıyam, ayaq üstə olmalıyam!
Bugün səhər uzun müddətdən sonra ilk xaricə səfərim başlamışdır. 9 ildir ki ölkədən kənar çıxa bilmirdim. Səhər tezdən gəldim aeraporta. Bir az həyananlı idim, fikirləşdim ki bu dəfə problem çıxmaz. Bu dəfə mənə qarşı çaşmazlar! Yaxınlaşıram pasport yoxlama məntəqəsinə, gömrük işçisi pasportuma baxıb dərxal əlinə telefonu götürüb aləmi vurur bir birinə və buyur mənə yeni sürprizi təqdim edirlər. “Mehman müəllim xahiş olunur gözləyəsiz” Polis nəfərləri yaxınlaşır mən tərəf, gömrük işçiləri bildirirlə ki Sizin ölkədən çıxışınıza qadağa qoyulub. Şoka düşdüm bir anlıq. Necə yani qadağa? Niyə? Necə? Kim tərəfdən? Bildirirlər ki Baş prokurorluq bu qadağanı təşkil edib. Pasportumu qaytatıb, biletimi əlimdən alıb, çantalarımı qaytarıb məni oradan uzaqlaşdırdılar. Daha dəqiq desək qovdular….
Siz indi mənə deyin görüm belə yaşayış olar heç? Mənə qarşı Bu qədər nifrət haradandı axı? Niyə məni ölkəmdə girov kimi saxlamağa çalışırlar? Baş prokurorluq hansı əsaslara görə mənim çıxışıma qadağa qoyub? Niyə məndən əl çəkmək istəmirsiz??? Mənə qarşı haqsızlıq edəcəkdizsə niyə bu sənədləri vermişdizki? Bax bu xarici pasportun heç bir əhəmiyyəti yoxdursa heç bir gücü yoxdursa bu pasportdan istifadə edə bilmiyəcəmsə nə edirəm mən onu? Lazımsız adi kağız parçasıdır. Eybi yox nə edirsizə edin. Biz dözümlü xalqıx. Mən bu haqsızlıqa da dözərəm. Məni güya Həbsdən azad edib diri diri öldürmək istəyirsizsə edin, mənim artıq bütün səbrim gücüm yavaş yavaş tükənir!
Görün Məni bunlar nə qədər çox istəyirlər ki, mənsiz darıxacaqlar deyə ölkəni tərk etməyə icazə vermədilər. Olsun, əgər mənə ehtiyacları varsa mən qalaram. İslahatlarınız mübarək olsun”.