Bu gün Xətai rayonu, Babək prospektində yerləşən yataqxanada baş verən yanğın nəticəsində ümumilikdə 8 nəfər Təcili Tibbi Yardıma müraciət edib. Bu barədə
Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təcili yardıma müraciət edənlərdən 2 kişi, 3 qadın və bir uşağa yerində yardım göstərilib.
“Bir nəfər kişi özünü hündürlükdən atıb. Xəstə 3 saylı şəhər xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona bədəninin müxtəlif nayihələrinin əziyi diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə toksikologiyaya gətirilib. Tibbi yardım göstərilib hazırda vəziyyəti yaxşıdır”.
***Bu gün səhər saatlarında Babək prospektində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.Bu barədə
Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bir nəfər 34 yaşlı kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
***Trend xəbər verir ki, hadisə nəticəsində özünü atan şəxs həmin binada məskunlaşan 1960-cıl il təvəllüdlü Məstanov Kazım Sevindil oğludur.Həmin şəxs binanın 5-ci mərtəbəsində yanğının əhatəsində qaldığından qorxaraq özünü pəncərədən atıb. K.Məstanov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.
***Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfərə yerində yardım göstərilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1 nəfər isə uşaqdır.Özünü binadan atan kişi Sabunçu rayon 3 saylı klinik xəstəxanasına yerləşdirlib.
ƏTRAFLINar.az***Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb.
Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.
***Bakıda Babək prospektində yerləşən yataqxana yanır.Axar.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binadan aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.