KƏMALƏDDİN HEYDƏROVUN OĞLU İSTEFA VERDİ– Müəmma

10-04-2019, 16:11   

 


“Qəbələ” İdman Klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu barədə klubun rəsmi saytına istinadla “Report” məlumat yayıb.
T.Heydərov 13 ilə yaxın, 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.
İstefanın səbəbləri haqda heç bir məlumat verilmir.
“AzPolitika” xatırladır ki, T.Heydərov atasının qurduğu böyük biznes imperiyasının – “Gilan” Holdinqin başında durur. “Qəbələ” İdman Klubu da “Gilan”a daxil olan çoxsaylı şirkətlərdən biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar