Bütün məktəblərdə pəncərələr ləğv edilir - Təhsil Nazirliyindən ŞOK TAPŞIRIQ

11-04-2019, 16:21   



  

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 4-cü mərtəbəsindən atıb öldürməsinin ajiotajı səngimir. 

BakuPost xəbər verir ki, intihar hadisəsindən sonra məktəbin direktoru Sevinc Abbasovanı işdən qovan Təhsil Nazirliyinin rəhbərliyi şok qərar verib. 

Daha bir məlumata görə, nazirlik bütün məktəblərə qeyri-rəsmi formada tapşırıq verib ki, yuxarı mərtəbələrdə pəncərələri ləğv etsinlər. Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncərələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlılar quraşdırılır. 

Mənbə bildirib ki, artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncərələr ləğv edilib. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar