İran şahının elçi düşdüyü bəxtsiz Osmanlı gözəli... - Foto

14-04-2019, 17:05   

 


   
Bir zamanlar Osmanlının göz bəbəyi olan, dillərə dastan bir xatun haqqında sizlərə maraqlı məlumatları təqdim edəcəyik. Ona elçi düşən bəylər arasında İran şahından tutmuş Mustafa Kamal Atatürkə qədər tarixin önəmli şəxsiyyətləri var. Söhbət Osmanlı padşahı, sultan Vəhdətdinin qızı Səbihə sultandan gedir.
Kiçik yaşlarından gözəlliyi ilə diqqət çəkən Səbihə sultanın böyüdükçə elçiləri çoxalmağa başlamışdı. Vəzir və sədrəzəm oğulları bu qız ilə evlənmək üçün sıraya girmişdilər. Lakin bu qədər elçilərin arasında Səbihə sultanın könlü “Hamidiyə qəhrəmanı” olaraq bilinən Rauf Orbayda idi.
Rauf Orbay Balkan savaşında “Hamidiyə qəhrəmanı” olaraq tanınan cəsur əsgər idi. Səbihə sultanın bacısı Ülviyyə sultan onun bu istəyini Rauf Orbaya çatdırmaq üçün vəziyyəti həyat yoldaşı İsmayıl Haqqı bəyə danışıb. O da məsələni Rauf Orbaya çatdırıb. Lakin Rauf Orbayın cavabı Səbihə sultanı məyus etmişdi. O, Səbihə sultana “Mən əsgərəm. Mənim bir xatunun dizinin dibində keçirəcək vaxtım yoxdur” cavabını vermişdi.
Daha sonra İran şahı Səbihə sultan ilə evlənmək üçün hərəkətə keçmişdi. Lakin bu dəfə rədd cavabını Səbihə sultan vermişdi.
Səbihə sultanın atası Vəhdəttin Karlsbada getməyə hazırlaşan Mustafa Kamala xəbər yollayaraq qızını onunla evləndirmək istədiyini bildirmişdi. Lakin Mustafa Kamal Atattürk bu təklifi rədd etmişdi.
Bu elçiliklər, rədd cavabları arasında Səbihə sultanın həyatına yeni biri daxil olmuşdu. Bu şəxs Osmanlının sonuncu sultanı Əbdülməcidin oğlu Ömər Faruq idi. Yaraşıqlı olması ilə daha çox tanınan bu gənc Səbihə sultan ilə tanış olanda 26 yaşı var idi. Ömər Farukun 18 cariyəsi var idi. O cariyələrindən birinin – Kövsər xatunun ölümünə səbəb olması ilə də bilinirdi. Səbihə sultan bütün bunlara baxmayaraq şahzadə Ömər Faruqa aşiq olaraq onunla sevgili olmuşdu.
Daha sonra evlənən gənclər haqqında dedi-qodular yayılmağa başlamışdı. Belə ki, Səbihə sultanın evlənmədən öncə Ömər Faruqdan hamilə qaldığı üçün məcburən evlənməli olduğu iddia edilirdi. Bu iddiaları həmin dövrün məşhur jurnalisti olan Haluk Camal Baydeşman söyləmişdi. Lakin bütün söz-söhbətlərə rəğmən gənclər evləndi və 3 qız övladları da dünyaya gəldi.
24 dekabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində keçirilən qapalı toplantıda Ömər Faruq haqqında qərarlar alındı. Anadolu hərəkatına qatılmaq istəyən Ömər Faruq İnebolu şəhərinə gəlmiş, lakin Mustafa Kamal Atatürk tərəfindən geri göndərilmişdi.
Daha sonra Türkiyə ərazisindən deportasiya edilən Ömər Faruq ailəsi ilə birlikdə Fransaya köçmüşdü. Səbihə sultan 1948-ci ildə Ömər Farukdan boşanaraq İstanbula geri dönmüşdü.
O, geri döndükdən sonra bir daha evlənməyib. Padşah qızı olaraq başladığı həyata 1971-ci ildə cümhuriyyət qadını olaraq gözlərini yumub.
Musavat.com

  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar