Xətai rayonu N.Tusi küçəsi 21-də dözülməz vəziyyət yaranıb.
Sakinlər tərəfindən Cebhe.info-ya daxil olan müraciətdə bildirilir ki, binlardan kanalizasiyaya axıdılan çirkab suları bloklara dolub. Yaranmış vəziyyətlə əlaqədar bloklara giriş-çıxış mümkünsüz hal alıb.
Binanın birinci mərtəbəsində yaşayan Təhmilə Nemət qızı Mirzəyevanın sözlərinə görə, ən acınacaqlısı isə odur ki, ətrafı, hətta evləri çirkab suların üfunət iyi bürüyüb. Sakinlər acınacaqlı mənzərə ilə bağlı çıxılmaz vəziyyətə düşüblər. Məsələ ilə bağlı “Azərsu” ASC-nə müraciət etsələr də, vəziyyətlə maraqlanan yoxdur. Sakinlər mətbuat vasitəsilə problemlərinin həll olunmasını istəyirlər.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında problemi həll edəcəklərini deyib:
“Problemlə maraqlanıb tez zamanda həllinə çalışacam. Narahatçılığa əsas yoxdur. Bilirsiz ki, kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı yeni proqram həyata keçiririk. Bu yay 200-dən çox sistemi əsaslı şəkildə təmir edəcəyik. Çox güman ki, qeyd olunan ünvan da bu tədbirlər planına daxildir”.