Dəhşətli müharibənin ASTANASINDA - Tramp İranı bombalamaq üçün BUNU ETDİ

15-04-2019, 18:03   
 

ABŞ-ın İslam İnqilabı Keşişçiləri Korpusunun adının xarici terror təşkilatları siyahısına daxil etməsi İrana hərbi müdaxilənin hüquqi bazasının yaradılmasıdır.

Publika.az
 xəbər verir ki, bu barədə amerikalı ekspertlər ABC telekanalına bildiriblər.

2008-2018-ci illərdə Dövlət Departamentinin profil bölməsində işləmiş Ceyson Blazakis hesab edir ki, ABŞ-ın bu addımı praktiki baxımından heç bir təsirə malik olmasa da, bu, hərbi müdaxiləyə zəmin yaratmaq planının bir hissəsidir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş hüquqi məsləhətçisi Tessa Bridjmen qeyd edib ki, ABŞ Tehran və “Əl-Qaidə” terror təşkilatı arasında birləşdirici xətt yaratmaq istəyir.

“Tramp Administrasiyası nə qədər inandırıcı görünməsə də İran və “Əl-Qaidə” arasında bağlayıcı xətlərin olması haqqında stereotipi yaratmağa çalışır”, - deyə o bildirib.

Ekspertlər hesab edirlər ki, İslam İnqilabı Keşişçiləri Korpusunun adının terror təşkilatları sırasına daxil edilməsinin səbəblərindən biri də 2001-ci ildən sonra Konqresin terrora qarşı mübarizədə Ağ Ev rəhbərinə hərbi güc tətbiq etmə icazəsinin qeyr-şərtsiz verməsidir. Bu mənzərə yaranandan sonra, Tramp Tehranı bombalamaq üçün Konqresdən icazə istəyəcək.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar