Bakıda sərnişin avtobusunun sürücüləri arasında dava baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ötən gün saat 14 radələrində Bakının Nərimanov rayonu, Atatürk prospekti 2 ərazisində yerləşən dayanacaqda baş verib.
Belə ki, 211 saylı avtobusun sürücüsü Füzuli maşını dayanacaqda saxlayıb. O, digər sərnişin avtobusunun sürücüsü Rafiq Kazımovla mübahisə edib və onu söyüb. İki sürücünün söyüşü sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Füzuli Rafiqin əlindən tutaraq burub və onun qolunu avtobusun şüşəsindən içəri salıb. Daha sonra bıçaqla barmağını kəsib.
Bütün bunlar avtobusda və dayanacaqda olan sərnişinlərin gözü qarşısında baş verib.
Bu barədə Rafiq Kazımov Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib.