"Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları köhnə qaydalara uyğun şəkildə yazılan soyadlara şamil olunmur. Azərbaycanın sabiq Baş naziri Artur Rasi-Zadənin soyadı sənəddə necədirsə, elə də qalacaq. Amma Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, -zadə şəkilçisi bitişik yazılmalıdır”.
Bunu "Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.