CHP lideri Kamal Kılıçdaroğlu bu gün Ankarada şəhid dəfnində ona edilən hücumla bağlı sərt bəyanat verib.
Strateq.az xəbər verir ki, o, bu hücumu Türkiyənin birliyinə edilən hücum kimi dəyərləndirib:
“Mənə edilən bu hücum Türkiyənin birliyinə və bərabərliyinə edilmiş bir hücumdur. 82 milyonu qucaqlayan bir partiya lideriyəm. Ayrıca heç kimsə unutmasın, heç kimsə. Mən Türkiyənin qurucusunun olan CHP-nin sədriyəm”.
CHP lideri bu hadisə onu qorxuda bilməz, o, bir millimetr geri çəkilməyəcək:
“Onlar hesab edir ki, CHP-nin başqanı biz hücum etdikcə, geri addım atacaq. Bir millimetr də geri addım atmayacam. Bu ölkənin diriliyi, bütünlüyünü hamımız müdafiə edirik. Bu ölkənin bir balaca daşını belə bir nəfərə fəda etmərəm, vermərəm. Bu ölkə üçün canını verəcək birisi varsa, onun adı Kamal Kılıçdaroğludur”.
CHP lideri bundan sonra da şəhid dəfnlərinə qatılacağını bildirib: “Şəhidlər bizim şəhidlərimizdir. Onların ən uca mərtəbədə olduğunu hamımız bilirik. Ancaq mənim şəhid canazəsinə getməyimi istəmirlər. Düşünürlər ki, basqı quracağıq, təhdid edəcəyik, hücum edəcəyik ki, Kılıçdaroğlu qatılmasın. Qatılacağam, sonuna qədər qatılacağam. O şəhidlər 82 milyonun şəhididir.
Bu gün dəfninə qatıldığım şəhidimiz Yener Kırıkçıya Allahdan rəhmət, ailəsinə, yaxınlarına səbr diləyirəm. Şəhid ailəsinin kədəri bizim kədərdir. O hücum edənlərin şəhidə, namaza, inanca hörmətləri yoxdur. Onların heç biri gerçək, səmimi müsəlman deyillər. Şəhidin dəfninə qatıldıq, ancaq namazı qıldırmadılar. Bu ölkənin vicdanı sormayacakmı ki, siz namazdan, şəhiddən nə istəyirsiz?
O hücum edənlərə demək istəyirəm: mən bir əsgər atasıyam.
Məni əsas kədərləndirən bilirsiz nədir: şəhidə edilən hörmətsizlik. Yenə deyirəm, 82 milyonun qarşısında söz verirəm: bir canım var. Bu ölkənin rahatlığı, inkişafı, bütün uşaqlarının xoşbəxt olması üçün bu can gərəkirsə, onu da verməyə hazıram. Heç bir hücum məni qorxuda, büdrədə bilməz”.
CHP lideri deyib ki, ölkəyə barış gətirmək üçün hər cür fədakarlığa hazırdır: “Heç kəs unutmasın ki, bu ölkəyə baharı gətirəcəyik. Yaşasın Türkiyə, yaşasın demokratiya, yaşasın Mustafa Kamal Atatürk”.