Ermənistanın müdafiə naziri David Tonoyan yenə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, Tonoyanla birlikdə Ermənistanın ərazi idarəçiliyi və inkişaf nazirinin Suren Papikyan və İrəvan meri Ayk Marutyan da işğal altındakı ərazilərə səfər edib.
Aprelin 20-də baş tutan səfərdə Ermənistandan gələnlər iqtisadi məsələlər müzakirə olunub, həmçinin, erməni həbi birləşmələrinin bölgələrinə baş çəkiblər. Səfər iki gün çəkib və aprelin 21-də erməni nazirlər şimal-şərq istiqamətində müdafiə bəndinə baxış keçiriblər.
Son zamanlar erməni nazirlərin Qarabağa intensiv səfərləri müşahidə olunur. Ekspertlər Ermənistanın cəbhədə yeni təxribatlara əl ata biləcəyini istisna etmirlər.Asif