Əhali bu gün banklara axışır: SƏBƏB

22-04-2019, 14:55   


Əhali bu gün banklara axışır: SƏBƏB

Xəbər verdiymiz kimi, problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılır. 

Cebhe.info-nun Bakıdakı bir neçə bank şöbəsində apardığı müşahidlər göstərib ki, kompensasiyalarla bağlı çox sayda müraciətlər var. Müraciət edənlər artıq onlara SMS vasitəsilə kompensasiya ödənişinə başlandığı barədə məlumat verildiyini bildiriblər. Saat 10-dan etibarən banklara prosesin başlamasıyla bağlı təlimat gəlib. Bundan sonra problemli krediti olan müştərilərə şəxsiyyət vəsiqəsini gətirməklə banka müraciət etmək tövsiyə olunub.

Banklardakı müşahidələr göstərib ki, müraciət edənlər arasında adı siyahıda çıxmayanlar da var. Onlara apelyasiya komissiyasına müraciət etmələri tövsiyə olunub.

Banklarda müştərilər kompensasiyanı nağd qaydada alacaqlarına ümid etsələr də, onların böyük əksəriyyətinin qərarla tanış olmadıqları aydın olub. Belə ki, müştərilərə 500 manata qədər kompensasiyanı nağd qaydada bankdan, 500 manatdan artıq vəsaiti isə plastik kartlar vasitəsilə alacaqları bildirilib. Plastik kartların hazırlanması isə müyyən qədər zaman aparacaq. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar