Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur — Millət vəkilindən AÇIQLAMA
22-04-2019, 20:17
Azərbaycanın böyük şəhərlərindən biri olan Xankəndində rəsmi dövlət orqanları mövcud deyil.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bilirir ki, 30 kv.km-ə yaxın sahəsi, 55 mindən çox əhalisi olan Xankəndi şəhərində nə icra hakimiyyəti orqanları, nə də məhkəmə orqanları fəaliyyət göstərir.
Yalnız qanunverici orqanda - Milli Məclisdə Xankəndi şəhərini təmsil edən millət vəkili fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə şəhər əhalisinin təxminən 1/5-ni azərbaycanlılar təşkil edir. Hazırda Xankəndinin işğal altında olması səbəbindən şəhərin azərbaycanlı əhalisi ölkənin digər rayonlarında məskunlaşıblar.
Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsində 13 məntəqə formalaşdırıb və son məlumata görə bu dairədə 4 838 seçici qeydə alınıb.
2005-ci ildən etibarən keçirilən bütün seçkilərdən sonra Xankəndi şəhərini Milli Məclisdə mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova təmsil edir.
Onu da qeyd edək ki, Xankəndi şəhəri üzrə Milli Məclisə ilk dəfə 2005-ci ildə seçkilər keçirilib.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Xankəndi ilə yanaşı Ağdərə rayonu da bərpa edilərək öz rəsmi statusuna qovuşmalıdır:
"Xankəndində 1988-ci ilə qədər orta hesabla 16-17 min azərbaycanlı yaşayırdı. Bunlar ermənilər tərəfindən yurd-yuvasından qovuldu, didərgin salındı və öldürüldü. Xankəndi Azərbaycan Respublikasının şəhəridir və rəsmi bir qurumda təmsil olunmalıdır. Xankəndində təkcə düşmənlər yaşamayıb, azərbaycanlılar yaşayıb və ora tarixən Qarabağ xanın kəndi olub. Ermənilər buraya sonradan gəlib. Ona görə də mən burada müvafiq bir icra struktrunun olmasını məqsədəuyğun hesab etmişəm".demokrat.az